Ana Sevgisi Yoxsa ALLAH Sevgisi?

06 Ocak 2015
2 669
0
Ana Sevgisi Yoxsa ALLAH Sevgisi?
Ana Sevgisi Yoxsa ALLAH Sevgisi?



Kimi gedib dəstəmazını aldı və başladı namaza...
Raufun 19 yaşı var. Məktəb illərini başını kitabdan qaldırmadan oxumuş və nəticəsində də əməyinin bəhrəsi kimi ən çox istədiyi hüquq fakültəsinə qəbul olmuşdu. Özünü dərk elədiyi gündən etibarən isə qəlbindəki böyük Allah sevgisinin təsirilə namaz qılır, oruc tutur ve mömin bir bəndə kimi bacardığını edirdi.
Rauf özünə çox qapanan, ancaq heç vaxt ətrafdakıların təsiri altına düşməyən, iradəli oğlan idi. Məktəb illərində yaşıdları siqaret çəkəndə, avaralananda, qız arxasınca qaçanda o, həmişə öz böyük ideallarını düşünər, onlara çatmağa can atardı. O, həyatının universitetə girəndən sonra dəyişəcəyinə qəlbən inanırdı. Nəhayət ki, artıq 2-ci kurs da bitdi.
Rauf universitetə qədər heç vaxt sevgi haqqında düşünməmişdi. Buna vaxtı yox idi... Buna haqqı yox idi... Ancaq universitetin ilk günü onu gördü.

O, bütün o biri qızlardan fərqlənirdi. O, sanki illərdir Raufun xəyallarında yaradıb sevdiyi şahzadəsi idi. Rauf isə utancaq və çəkingən bir oğlan... Üstəlik xarici görünüşünə də inamı tam deyildi:ariq, zeif, uzunboy, eynəkli, qıvrımsaç və kasıb bir oğlan. Ümumiyyətlə o, heç vaxt qızların xoşuna gəlməmişdi. Rauf nə qədər istəsə də qıza yaxınlaşmağa cəsarət eləmirdi. Başqalarından eşitdi ki, onun adı Fidan imiş. Fidan başqa bir fakültədə oxuyurdu. O, boyda Raufdan bir az qisa, normal çəkidə olduqca gözəl və cazibədar bir qız idi. Olduqca sadə geyinər və heç vaxt həddən artıq makiyaj eləməzdi. Heç buna ehtiyyaci da yox idi. Rauf da onu belə sevirdi. Sadə, təbii, məsum və gözəl...
Aradan aylar keçdi. Getdikcə o məsum gözəl də dəyişməyə başladı. Əvvəlcə yubka qısaldı, sonra makiyaj artdı, sonra isə o məsum təbəssümü həyatda ən səhv mövqeyi seçsə də özünü ideal sayan insanlara məxsus qəhqəhələr əvəz elədi. Rauf isə hələ də sadəlövhcəsinə Fidan tərəfindən kəşf olunacağı günün xəyalı ilə yaşayır, hələ də sevirdi. Amma bir gün onu universitetin yaxınlığında cavan və yaraşıqlı bir oğlanla birlikdə gördü. Bir azdan onlar sağollaşdılar və oğlan öz “hummer”inə minib uzaqlaşdı. Rauf hər şeyi indi anlayırdı. Deməli Fidan bu qədər adi, bəsit bir məxluq imiş. O da imkanlı oğlan ovuna çıxan o ucuz qızlardan biri imiş!



Həmin gün Rauf çox böyük mənəvi zərbə alsa da Fidanı tezliklə ürəyindən sildi. Artıq onun üçün ən böyük sevgi Yaradana olan sevgi idi.
Raufun tək dərdi əlbəttə ki, bu deyildi. Onlar həddindən artiq kasib idilər. Atasının cüzi maaşı, anasının pensiyası və Raufun aldığı prezident təqaüdü hesabına dolanırdı bu 3 nəfərlik ailə. Evdə isə həmişə dava-dalaş idi. Hər gün işdə müdirinə əsəbləşib gələn ata bir bəhanə ilə ananı döyərdi, hər şeyin günahını yazıq qadına yükləyərdi. İşdə müdirin sözü ilə oturub durmaq ona çox ağır gəlirdi və nə vaxt müdir tərəfindən əzildiyini, alçaldığını hiss eləsə mütləq evə gəlib bunun heyfini arvadından çıxardı. Çünki məhz həmin vaxt-arvadını döyəndə özünə inamını bərpa eləyirdi. Zavallı qadın da artıq öyrəşmişdi danlanmağa, döyülüb söyülməyə. Raufun uşaqlığı da bu davaların əhatəsində keçmişdi. Atası anasını saçı ilə sürüyüb çölə atanda əlindən aldığı az olmamışdı. Rauf üçün də artıq onun şillələri adiləşmişdi.
Bu gün isə anasi Aygün xala evdə yox idi. Atası Qasım kişi isə adətən evə axşam 6-dan tez gəlməzdi. Rauf da namazını qılırdı. Elə bu vaxt qapının zəngi basıldı. Bir neçə dəfə dalbadal zəng səsi eşidiləndən sonra bu səsi qapıya dəyən əsəbi yumruqlar əvəz elədi. Rauf isə hələ namazın 1-ci rükətində idi. Qapını belə əsəbi döyən təkcə Qasım kişi ola bilərdi. Yəqin işdə nə isə problem olmuşdu və bugün tez gəlmişdi. Bəs qapını kim açsın? Rauf bir anlıq qorxsa da tələsmədən namaza davam elədi. Atası hələ də qapını var gücü ilə döyürdü. Nəhayət Rauf namazını tamamilə qurtardıqdan sonra qapını açdı. Qapının açılmağı ilə şillənin onun sifətinə yapışmağı bir oldu. Qasım kişi bütün gücü ilə onu döyməyə başladı. Rauf yerə yıxılmışdı, atası isə təpiklə, yumruqla onu əzişdirirdi:
-Axmağın biri axmağ! 2 saatdı qapıdayam! Hansi cəhənnəmdəydin,ay köpəyin oğlu, hə?
-Ata, namaz qılırdım. Vallah indicə qurtardım.
-Buna bir bax! Namaz qılırmış! Hahaha! Kimə lazımdı sənin bu boş dualarin? Sənnən soruşuram ə .......!
-Ata, küfr danışma!
-Sus, it balası! Öldürmüyüm səni!
Elə bu vaxt Aygün xala açıq qapını görüb həyəcanla içəri girdi. Mənzərəni görəndə özünü oğlunun üstünə atıb başladı ağlamağa:
-Ay insafsiz, bu uşaxdan nə isdiyirsən? Məni vur, öldür canım qurtarsın! Əl çək uşağdan!
Qasım kişi onu da itələyib davam elədi döyməyə. Bir azdan enerjisi tükənəndə isə axır ki, əl çəkdi.

Aygün xala ağlayır, Rauf isə dinmirdi. Amma bütün bədəni ağrıyırdı. Həmin gün hirsi biraz soyuyandan sonra Qasım kişi Raufa tapşırdı ki, onu nə vaxt yanına çağırsa lap qəbirdə də olsa çıxıb kəfənlə gəlməlidir! Rauf nə qədər etiraz eləməyə çalışsa da bir şey çıxmadı.
Günlər beləcə keçirdi... Qasım kişi ən gec 2 gündən bir arvadını təpiyin altına salıb nə ki var döyürdü. O özünə belə etiraf eləməsə də bundan heyvani bir həzz alırdı. Fiziki cəhətdən özündən qat-qat zəif qadını ayağının altına salıb döymək artıq onun “xobbi”sinə çevrilmişdi.
Yenə belə adi axşamlardan biri idi. Qasım kişi həyəcanla televizorda futbola baxırdı. Aygün xala isə onun yanında oturmuşdu ki, birdən ərinin ürəyi nə isə istəyər, tez gətirsin. Rauf saata baxdı. Əzana lap az qalırdı. Gedib dəstəmaz aldı, sonra isə İşa namazına başladı. Elə bu vaxt o biri otaqdan səslər eşidilməyə başladı. Yenə həmişəki kimi Qasım kişi arvadını vəhşicəsinə döyürdü. Səbəb isə o idi ki, Aygün xala çay gətirəndə əli əsmişdi və çaydan bir neçə damcını ərinin üstünə tökmüşdü.
Rauf anası üçün nə qədər narahat olsa da namaza davam elədi. Qəfildən onun heç gözləmədiyi bir hadisə baş verdi. Anası dəhşətli qışqırtılarla onu köməyə çağırmağa başladı. Atası qaynar çayı onun sinəsinə boşaltmışdı. Rauf qorxmağa başladı. Bilirdi ki, əgər çox pis bir şey olmayıbsa anası onu köməyə çağırmazdı. Amma namazı da yarımçıq qoya bilməzdi axı. O biri otaqdan səslər gəlirdi:
-Öldürəcəm indi səni ay q.....!
-Yalvarıram Qasım, özüvə gəl! Oğlumuza yazığın gəlsin,qurban olum sənə!
-Yox, yalvarma cındırın biri! Sən məni yandıran çıxmışdın?! Gördün necə yandırdım səni? Necədi? Xoşuva gəldi?
-Rauf, oğlum, hardasan? Tez gəl, bu cındır öldürəcəy məni! Tez ol köməy elə!
-İndi səni tikə-tikə doğrayacam!
-Rauf! Tez ol! Öldürür məni!


Raufu vahimə basdı. İndi o, öz vicdanı qarşısında bəlkə də bütün həyatını dəyişdirəcək qərar verməli idi: ya hələ ilk rükətdə olduğu namazı yarımçıq kəsib anasını xilas etməli, ya da anasının həyatını riskə ataraq namaza davam etməli idi. Aygün xala hələ də gah Qasıma yalvarır, gah da oğlunu çağırırdı. Rauf üçün isə Allah sevgisi hər şeydən üstün idi. O, öz-özünə bu sualı verdi: “anamı yoxsa Allahı daha çox sevirəm? O qadın ki məni bətnində 9 ay saxladı, dünyaya gətirdi, böyütdü, boya-başa çatdırdı, atamın hər zülmünə dözdü... Ancaq məni o bətndə yaradan da ALLAHım idi! O, doğmayan və doğulmayandır! O, qüdrəti sonsuz olandır! Deməli bu dəqiqə də anama mən yox, təkcə O köməy edə bilər!”. Qərar verilmişdi: Rauf namaza davam edəcək və Allahdan anasına kömək diləyəcəkdi.
Aygünün səsi getdikcə daha da şiddətlənirdi. Nəhayət vahiməli bir neçə bağırtıdan sonra tamamilə kəsildi. Sonra isə qapının səsi eşidildi. Deyəsən kimsə evi tərk etdi. Rauf artıq son rükətdə idi. Tamamilə namazını qurtardıqdan sonra həyəcanla o biri otağa qaçdı. O, güman edirdi ki, anası evdən qaçıb canını qurtarıb. Qapını açan da elə o imiş. Ancaq Rauf gördüyü tükürpərdici mənzərə qarşısında yerə diz çökdü. Aygün xalanın qan içindəki cəsədi hələ isti idi. Qasım kişi isə onu bıçaqlayıb aradan çıxmışdı. Bəlkə də Rauf cəmi bir neçə saniyə əvvəl gəlsəydi anası indi sağ olardı. İndi isə əldən heç nə gəlmirdi. Rauf anasının meydini qucaqlayıb ağlayırdı. Lakin o, həmin gün çox böyük bir qərar verdi: anasını canından çox sevirdi, ancaq ALLAHı anasından da çox sevirdi!




Ana Sevgisi Yoxsa ALLAH Sevgisi?



Ana Sevgisi Yoxsa ALLAH Sevgisi?
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.