Qəlbinin küncünə ehtiyacım yox!

08 Ocak 2015
1 754
6
Qəlbinin küncünə ehtiyacım yox!
Qəlbinin küncünə ehtiyacım yox!

Bir az uzaq dolan bir az uzaq gəz,
Onsuzda buna da alışacaqsan,
Dözməyib sevgimin buz nəfəsinə,
Məni unutmağa çalışacaqsan.


Əvvəlcə bir azca çətin olacaq,
Köhnə vərdişləri atmaq, unutmaq,
Anası təzəcə ölmüş uşağa
bənzəyən bu dəli eşqi ovutmaq.


Bilirəm axşamlar qəribsəyəcək,
Səhərlər ürəyin kövrəlcək də,
Eh, qorxma kim ölüb axı həsrətdən?
Mənim həsrətim də köhnələcək dəəə.


Bilirəm gedirsən,uşaq deyiləm,
Nolar bəhanəyə sarılma daha,
Onsuzda gedişin yoracaq səni,
Bəhanə uydurub yorulma daha.

De, hansı sevginin yolu hamardır?
Yollarda bu kəsək, daş bəhanədir,
Güya getməlisən, qala bilməzsən,
Uydurma hamısı boş bəhanədir.

Dedinki, "Gülümsə"-gülümsəyirəm,
Vüsalın yanımdan ötür yel kimi,
Üzümdə nə var ey baxma üzümə,
Göz yaşım qəlbimə axır sel kimi.

Mən elə dözəcəm ayrılığına,
Görənlər düşünsün ağrım, acım yox,
Mən sənin qəlbini bütöv istədim,
Qəlbnin küncünə ehtiyacım yox.

http://2.bp.blogspot.com/-3RRxOb3aP5E/UlEpkOjmQfI/AAAAAAAAKiM/pSI-bk5pSiI/s1600/ayrac_gifler_forumgazel+(22).gif

R.t..Zemichka
RƏYLƏR
MiSs-Glamour
gozel seyirdi saol elerine sagilik
Omrum Ikimizin
Dedinki, "Gülümsə"-gülümsəyirəm,
Vüsalın yanımdan ötür yel kimi,
Üzümdə nə var ey baxma üzümə,
Göz yaşım qəlbimə axır sel kimi.
.:;CraZy GirL;:.
Darixdiqin insanı bərk bərk qucalamaq istəyirsən....Çox dəhşət bir şeydi...Qollariniz, bədəninin həsrətində olduğu bədəni qucaqlamaq istəyir...acliq kimi,sususzluq kimi...amma olmasi mümükünsüzdür bilirsən..və get gedə qollarin gecsüzləşir,bədənin çökür
★ღLost GiRL★ღ
redaktə çox şirindi super
Kıvırcık
redakte qeweng olub) weirde qewengdi ellerinize saglik
Dear..
Qəşəng şeirdi redaktedə şirindi əllərinə sağlığ

ƏN SON XƏBƏRLƏR

HAMISI
Romantik Sevgililər Yazılı Şəkilləri 2019 (52)
21:00
0

Romantik Sevgililər Yazılı Şəkilləri 2019 (52)

16.10.2019 Gündəlik Bürclər (16 Oktyabr 2019 Günlük Bürclər)
20:00
1

16.10.2019 Gündəlik Bürclər (16 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (291)
19:00
134

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (291)

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (45)
18:00
259

Duyğusuz Yazar Yazılı Şəkilləri 2019 (45)

Balıq yağlarının keyfiyyətli olduğunu necə bilmək olar? – Pediatrdan AÇIQLAMA
17:00
97

Balıq yağlarının keyfiyyətli olduğunu necə bilmək olar? – Pediatrdan AÇIQLAMA

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
140

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2019 (170)
15:00
325

Tərk Edilmiş Qəlblər Yazılı Şəkilləri 2019 (170)

Sağlam dişlərə bu yolla sahib olun
14:00
67

Sağlam dişlərə bu yolla sahib olun

Bürclər Haqqında Maraqlı Məlumatlar (608) - Fotolar
13:00
264

Bürclər Haqqında Maraqlı Məlumatlar (608) - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ