Əlvida Sevgilim.

11 Ocak 2015
2 776
0
Əlvida  Sevgilim.
Əlvida  Sevgilim.

İlk görəndə səni bilməmişdim sənin gələcəkdə həyatımda hansı yeri tutacağını.. İndi həyatımda elə yerdəsən ki, elə pillədəsn ki, özüm belə o pilləni hesablaya bilmirəm.
Çox sevdim səni- düşünməyəcəyin qədər. Niyə sevdim heç özüm də bilmirəm. Səni sevdim elə saf, elə təmiz hisslərlə ki, bir gün bu hisslərə çirklilik qatışacağını bilmədən.
Həyatda ideal insan yoxdur deyirdilər həmisə- bəli mən də belə düşünürdüm amma səni tanıyana qədər. Sən mənim idealəm idin. Səni sevdim sadəcə çox sevdim. Bütün həyatımı, mənliyimi, qürurumu sənə verdim. Amma bundan heç vaxt peşman olmadım, cünki sən və sevgimiz buna layiq idi.
Səni ilk görəndə hələ nə hiss etdiyimi özüm də bilmirdim, cünki uşaq idim. Düzdür güləcəksən ama indi də heç nə hiss etdiyimi bilmirəm, çünki sənə qarşı içimdə olan heç bir hissi adlandıra bilmirəm.
Sən mənim dayağım idin. Hər bir insan yıxıldığında bir kötük belə olsa söykənmək istər. Amma mən hər yıxıldığımda yanımda , arxamda səni gördüm, sənə söykəndim..
Həyat qısadır həyatını doya doya yaşa deyərdilər. Mən sevə sevə yaşadım , bəzən həyatdan doymadım, bezdim, usandım amma sevgimlə yenə də ayağa qalxdım.
Və nə vaxtsa həyatda olmasan belə mən yenə də belə yaşayacam sevgilim!!!
Sevgilim səni həmişə hər an sevəcəm. Düşünmə ki, bir gün sevgim bitəcək, mənim sevgim heç zaman bitmədi ki..
Sənin gəlməyəcəyini, mənim olmayacağını bilə-bilə gözləyəcəm.
Ağlamaq istəyirəm, amma özümü sıxıram ağlamayım deyə, çünki sən mənim ağlamağıma belə dözə bilmirdin..
Sevgilim, bax bu gün, bu gecə sənə görə ağlamayacam. Cünki səni itirdiyimə görə də özüm günahkaram.
Sən saf və təmiz həyatını yaşa!! Əlvida...


P.S.Çalışın sevdiyinizin, sevgilinizin qədrini bilin..


R.E.iFriTe :D
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.