Xəyanətim bağışlanacaqmı? (Bölüm 12-13)

19 Şubat 2015
1 412
0
Xəyanətim bağışlanacaqmı? (Bölüm 12-13)
Xəyanətim bağışlanacaqmı? (Bölüm 12-13)

Ümid: -AMA MəN SəNİ SEVİRəM.................
Nazlı: -Nəəə????
Ümid: -Heç nə (Off yox bu dəfə yüz faiz itirəcəm onu)
Nazlı: -Necə yəni heç nə? O nə deməydi?
Ümid: -Başa düşdüyün...............
Nazlı: -Nə vaxtdan???
Ümid: -Sən getdiyin gün anladım...itirdiyimdə...çox qorxdum....ondabildim səni həqiqətən də sevdiyimi....
Nazlı: İndi niyə deyirsən bəs? Yəni mən kapuçinonu sevdiyimi deməsəydim demiyəcəydin???
Ümid: -Qorxurdum məni rədd etməyindən...deyəcəydim ama bəlkə bir az gec...
Nazlı: -Qorxmağında haqlısan...Çünki bizimkisi onsuzda alınan deyil sən də yaxşı bilirsən....
Ümid: -Necə yəni alınan deyil? Niyə alınmasın ki??? Sən də məni sevirsən bilirəm....Heç bir şey də mane olmur bizə...
Nazlı: -MəSAFə maneəmizdi....Mən heç bilmirəm burda neçə il qalacam Ümid...hələ 17 yaşın içindəyəm...mənim kollecim var...4-5 ilə gəldim bəlkə...Sən orda mən burda...Necə olacaq?! Axrımız yoxdu...
Ümid: -Mənə 1 gün vaxt ver düşünməyə....
Nazlını həmin an qeyri-ixtiyari ağlamaq tutmuşdu...Tək rahatlaşdıracaq şey ağlamaq...Yenə də Ümidi itirmək qorxusu bürüdü onu....Bu dəfəki ama tam fərqliydi...Qarşılıqlı sevərkən bəlkə də ayrılacaqdılar...Düşüncəsi belə qorxunc idi...
Nazlı öz-özünə: -1 gün düşünmək? Deməli ayrılmaq istədiyinin demə yollarını düşünəcəy :’(
24 Avqust...Bu tarix Nazlının ömürlük beynində həkk olacaqdı ama 2 variantdan biriylə....1) ya Ümidi itirəcəyi gün olaraq..2) ya da sevgili olacaqları gün olaraq...
Səhər açıldığında Ümid Nazlını agentdə görəcəyi ümidiylə ora gəlir...Təxmin etdiyi kimi Nazlı orda onu gözləyirdi...
Ümid: -Sabahın xeyir necəsən?
Nazlı: -şükür sən?
Ümid: -Yaxşıyam sən yaxşı ol....Nazlı bilirəm 1 gün düşünməyim axmaqlıq idi...əgər sevirəmsə düşünmədən səni gözləyəcəyimi elə dünən deməliydim ama mən vaxt istədim..səfim onda idi...ama düşündüyüm əslində gələcək planlarımız idi...yəni belə başa salım...bilirsən 1 aya məktəb açılır ve 10-cu sinifə başlıyıram...Hazırlıq üçün müellimlerle de danışılıb...yeni başa düşəcəyin 2 il başım dərslərə qarışacaq..ağlından texmini nələrin keçdiyini bilirəm...ama mən gözdüyəcəm səni itirmək isə heç istəmirəm...onsuzda hər yay gələcəysən səbr edək 1-1mizə dəstək olaq...
Nazlı nə deyəcəyini bilmirdi...əslində heç bu sözləri Ümiddən gözləmirdi...Nazlının düşüncəsinə görə sevdiyi qızı illərlə gözləyən oğlan çox nadir hallarda tapılar ələxsusda eyni ölkədə deyillərsə...ama Ümid...tam fərqli düşünürdü...
Nazlı: -İtirmək istəmədiyin normaldı mən də istəməzdim ama...Bir şeyi də unutmayaq ki sənin yaşın azdı...Elə yaş dövründəsən ki hər an fikirlerin dəyişə bilər...Daha çox bağlanmaq istəmirəm....Sonra sən dəyişsən əzab çəkən men olaram...tebii ki heç kim heç nədən sığortalanmayıb...
Ümid: -Nazlım...Səni sevirəm və hisslərimden tam əminəm...Özümə söz vermişdimki uniyə qəbul olana qədər sevməyəcəm ama qismət...Sevdim...həm də çox...Bizə şans verək...Bax gör hər şey yaxşı olacaq inşALLAH...
Bəli o gün iki sevən ürək qovuşmuş və həmin gün Nazlının ən xoşbəxt, unudulmaz günlərinden biri kimi yaddaşına yazılmışdı.
Günlər keçdikcə Ümid ve Nazlı bir-birlərini daha da yaxından tanımağa çalışırdılar ama bu yalnız məktəb açılanacan mümkün idi...Sentyabr ayında Ümid həm hazırlıqlara həm də məktəbə gedir, yorucu və çətin günləri elə o vaxtdan başlamışdi...İnternetə az-az gəlir, Nazlıya mesajlar yazıb gedirdi...Həftədə 1 dəfə isə 1 saatlıq telefonda danışa bilirdilər...
Nazlı ise kollecde müsahibəyə getmiş ve istədiyi mühasibat kursuna qebul edilməmişdi...Müsahibəni götürən müəllimə Mehdiyə Nazlının danışıq və anlayış cəhətdən çətinlik çəkdiyini, bunun üçün də ən yaxşısı dil kursuna yazılmasını demişdi...Bununüçün da Nazlı vaxt itirmədən həmin kursun müəliməsiylə danışaraq kiçik bir test edir və dərs günlərinin cədvəlini alır...Kurs həftədə 4 gün idi və Nazlı 1 il ərzinde ingilis dilini inkişaf etdirməyi qarşısına məqsəd qoymuşdu...
3 gün sonra.......
Bu gün Nazlının ilk dərs günü idi...Həyəcanlı olmaqla yanaşı həm də çox utanırdı...Düz 9 tamamda Nazlı artıq sinif otağının qarşısına çatmışdı...Nazlı digər şagirdlərin yeni olduğunu düşünsə də bəziləri 1 il hətta 2 il əvvəldən bu kursda təhsil almışdılar...əksinə Nazlı 1 həftə kursa gec başladığından yalnız o yeni şagird idi.
Sinifə keçdiklərində ilk iş şagirdlərin özlərini Nazlıya təqdim etmələri oldu...
Mint: -My name is Mint...I’m from Thailand and I’m married (Adım Mintdir...Taylanddanam vəə evliyəm)
Connie: -My name is Connie and I’m from China (Adım Konidir və Çindənəm)
Beləcə 13 şagirdin hamısı özlərini bir-bir təqdim edirlər...Demək olar hamısı fərqli-fərqli ölkələrdən idilər və Nazlı sinifdə yaşca ən kiçiyi idi...Aralarında 27, 30, 40 və 45 yaşlı şagirdlər də varıydı..
1 saat yarımdan sonra fasilə üçün 25 dəqiqəlik bütün sinif bufetə gedir...Qızlar masa ətrafında əyləşdiklərində Nazlını da aralarına alırlar. Söhbət Mintin evliliyindən düşəndə Nazlı öyrəndi ki əslində Mint 43 yaşlı, atası yaşında olan ingilis kişiylə ailə həyatı qurub, 2 il əvvəl Taylanddan İngiltərəyə köçmüşdü...Mintyoldaşının şəklini teldə göstərəndə nədənsə bu Nazlıya sevgi kimi gəlməmişdi...Problem təkcə yaş yox, ərinin artıq kilolu və yaraşıqsız olması idi...Çünki Mint çox cazibədar 26 yaşlı gözəl qızıydı..Evlənməyinin tək səbəbi isə yüz faiz bu ölkəyə köçüb vətəndaşlıq alması idi...Nə də olsa Nazlı bunlardan əlavə çoxlarının passport əldə etmələri üçün dinlərini də dəyişdiklərinin şahidi olmuşdu....Görəsən Nazlı bu ölkədə daha nələr eşidib öyrənəcəkdi................
Bölüm 13.
Nazlı 1 həftə ərzində sinifə tamamilə öyrəşmişdi artıq...Xüsusəndə müəlliməsi Karolayna (Caroline)...Karolayn əslən Cenubi Afrikalı idi və zahirən ingilislərdən heç də fərqlənmirdi...İlk baxışda Nazlıya soyuq kimi görsənən bu müəllimənin əslində çox yumşaq bir qəlbi vardı...Sinif uşaqlarından öyrəndiyinə görə Karolayn, 1995 təvəllüdlü böyük oğlunu, xərçəng xəstəliyindən itirmişdi ama buna baxmayaraq şən, həyatsevər, həmişə üzündən təbəssüm əksik etməyən bir qadınıydı...Bu da təbii ki Nazlının Karolaynı çox sevmə səbəblərindən biri idi...Nazlının bu dərsə, kollecə həvəsinin artmasında da Karolaynın böyük rolu vardı. Nazlı ilk prezentasiyasını məhz ondan cəsarət alaraq bütnü sinif qarşısında təqdim etmişdi. İlk prezentasiyası Graham Bellin ilk telefon icadı haqqında idi...Nazlı nə qədər ‘’Yox mən bunu bacarmaram, çətindi’’ desə də Karolayn da o vaxtlarda Nazlının tənbəlliyini, utancaqlığını ortaya çıxarmış, ilham vermişdi və 1 ay ərzində Nazlının ingilis dilisi məhz ünsiyyət qurmaqla, utancaqlığı bir kənara qoymaqla inkişaf etmişdi...
Nazlı sinifdə şagirdlərdən biri, Xalid adında oğlanı qıcıqlandırırdı....Xalid əslən Kürd idi və 25 yaşı vardı. Pizza dükanında işləyər və 2 əmisi oğulları ilə yaşayardı. Nazlını bəyənməmə səbəbi isə onun Türk olduğunu düşünməsi idi çünki bəzi kürdlər kimi o da türklərə nifrət edərdi. Ama vaxt keçdikcə Nazlı haqqında fikirləri neceə deyişəcəkdi?!......
19 Noyabr....
27 Noyabr Ümidin ad günü olduğundan ve Nazlı da ilk dəfə təbrik edəcəyindən xüsusi olmasını istəyirdi...Sinifdəki qızlardan yaxınlıqda tapa biləcəyi gözəl sep dükanı haqqında soruşduğunda, Mint ona:
Mint: -İf you want, come with me to Middlesbrough today...I’m going to go shopping with my friend...Duringthat time you can buy whatever you want...(İstəsən bu gün mənimlə midlzbroya gəl...Dostumla alış-verişə gedəcəm...o vaxt ərzində nə istəsən ala bilərsən)
Nazlı: -İt would be perfect...thanks a lot..(əla olardı...çox təşəkkürlər)
Dərs çıxışı Nazlı Mint ilə kollecin avtomobil dayanacağına yollandı...Mintin göy maşına yaxınlaşdığını görənde o an onun maşın sürdüyü ağlına gəldi...Yol boyu söhbətləşərək Mintin rəfiqəsini də götürüb alış-veriş mərkəzinə yollandılar...Bu vaxt ərzində Nazlı Mintin maşını necə idarə etməsinə də fikir verirdi...
Nazlı: -Aman ALLAHım 1 maşın qıza bu qədərmi gözəl yaraşar? Mən də istiyirəm(((( Offf evdə papaya da desəm başımı kəsər yəqin....ama burda normaldı axı..sürməy olar bəlkə icazə verdi?
Mint bu yaxın refiqəsiylə yaxın zamanda Taylanda, həm tətil üçün, həm də anasının doğum günü üçün yola düşəcəkdi...Bunun üçün də anasına ad günü hədiyyəsi seçmiş, Nazlı üçün də sep dükanına yollanmışdılar...Bir çox mağaza gəzdikden sonra Nazlı fikrini deyişərək mobil telefon almaq qerarına gəlir ve alır...Ad günü kartı da aldıqdan sonra işini həll etmiş olur...
Nazlı Mintə təşəkkür edərək evə daxil olur...İlk iş, kartı açıb ürək sözlərini yazmaq olur:
Nazlı: "Canım sevgilim...Ad günün mübarək...Neçə belə illərə çıxasan sevdiklərinlə birgə...Sənə can sağlığı və xoşbəxtlik arzu edirəm həyatım...İNŞALLAH hər şey o gözəl üreyincə olsun...Yaxşı ki varsan sevgilim...Yaxşı ki MəNİM HEYATIMDA varsan...Həyatımda başıma gələn ən gözəl şeysən...Mənim ən böyük əvəzolunmaz hədiyyəmsən...Həmişə gülümsə sevgilim...Sən gülümsə ki mən də gülümsəyim Üzündən əsla təbəssüm əskik olmasını...Unutma SəN 1 insanın xoşbəxtliyinə səbəbsən....MəNİM! ...Səni Sevirəm...Ümid edirəm hədiyyəmi bəyənərsen...Səni &¸oooooxxxxx sevən SEVGİLİN”...
Nazlı hədiyyəni bağladıqdan sonra səhəri gün göndərir...
27 Noyabr...
Bu gün Nazlının canından çox sevdiyi oğlanın, Ümidin ad günü idi...Nazlı çox həyəcanlıydı...Heç arası olmazdı təbrik etməklə...Xüsusilə də telefonda və yaxud da üzbəüz...
Ümid bu gününü dostlarıyla qeyd etdikdən sonra Nazlıyla danışmaq üçün sebirsizlənirdi...Nazlı digər ürək sözlərini həyəcandan unudacağını bildiyi üçün kağıza yazır ve oradan oxuyaraq təbrik edəcəkdi...
Nazlı Ümidin nömrəsini yığır və hər telefon çaldığında ürəyi yerindən çıxacaqmış kimi olurdu....Ümid teli götürür və Nazlı yazdığı bütün ürək sözlərini oxuyur......Ümid: -Canım çox sağ ol hər şey üçün...Hədiyyən çatdı bilmirəm necə təşəkkür edim...Hələ ürək sözlərin...Çox çox təşəkkürlər sevgilim...
Nazlı: -Dəyməz ee ama indi halımı görsən...Qıpqırmızı pamidora dönmüşəm...Adicə teldə təbrik edəndə necə utandım off nə çətin imiş(((
Ümid: -Caaaan keçdi xexexe...
Nazlı yarım saat danışıb zəngi sonlandıraraq:
Nazlı: -Offf bu ili belə yola verdik...Ürəyimdə yerindədi((( elə bildim bir anlıq dayanacaq)
Ümid isə bu gecə təkrar-təkrar Nazlının ürək sözlərini oxuyur, onun barəsində düşünürdü...İndi bir dəfə də anlamışdı Nazlının ona olan sevgisini...
1 saat sonra Mehdi artıq işdən gəlmişdi...Nazlı bütün cəsarətini toplayıb atasının maşın sürmək haqqında fikrini öyrənməli idi...Mehdinin yanına gedərək:
Nazlı: -Necəsən papa günün necə keçdi?
Mehdi: -Belə də doşan bir az yorulmuşam...danış görüm ee alış-verişə gedən sənsən nəsə ala bildin?
Nazlı yalan deyərək: -Yox e papa elə belə baxdım qayıtdım...Şeyyyy bu Taylandlı qız var ee sənə dediyim...
Mehdi: -Aha nolub ona?
Nazlı: -Maşın sürür...
Mehdi: -Sən də sürərsən nə var ki bunda?
Nazlı: -Aaaa doğurdan? Nə vaxt sürə bilərəm?
Mehdi: -Bir az burda prava almaq çətindi bilirsən ama burda sürmək daha rahatdı...
Nazlı: -Bəs Azərbaycanda sürə bilərəm?
Mehdi: -Orasın hələ düşünmə baxarıq...Yavaş-yavaş sənədləri topluyaq...onsuz 16 yaşın olub..16 yaşından müveqqeti prava alarsan, şablonu verərsen, sonra da yezda...
Nazlı: -Müvəqqəti prava nədi? Sürə bilərəm onla?
Mehdi: -Müvəqqəti pravaynan sən sürənde polis saxlasa onu göstərirsən ki sən şagirdsən,öyrənirsən hələ...Yezdanı verəndən sonra qırmızı əsl pravanı verəcəylər...
Belə-belə Nazlı atasıyla danışaraq hər şeyi dərindən öyrənib, atasının razılığına çox sevinirdi...
Səhər açılmış, Nazlı hazırlanaraq dərsə yollanmışdı...Sinifə 5 dəqiqə gecikdiyindən, hamı artıq yerini almışdı...Nazlı sinifə daxil olduğunda Xalidin Nazlıya qarşı düşüncəsi və baxışları dəyişmişdi artıq....Çünki o Nazlının türk yox Azerbaycanlı olduğunu öyrənmişdi...........

Ardı var..
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.