Həyatdan nələr öyrəndim?
İnsanlar həyat boyu bir şeylər öyrənər. Sadəcə olaraq çoxunu unutduğu üçün çox zaman özünü təkrarlar...
Mən öz hesabıma bunları öyrəndim :
İnsanlara özümü məcbur sevdirə bilməyəcəyimi və bu məsələdə edə biləcəyim tək şeyin seviləbiləcək biri olmaq üçün çalışmaq lazım olduğunu öyrəndim.
Mənim çox düşündüyüm insanların mənim onları düşündüyüm qədər məni düşünmədiklərini öyrəndim.
Həyatımdakı əşyaların deyil, həyatımdakı insanların önəmli olduğunu öyrəndim.
"Nə ola bilər"in deyil, "nə olmalı"nın ardından qaçmaq lazım olduğunu anladım. Haqqlı olaraq bəzən əsəbləşsəm də, əsla qəddar olmamağı oyrəndim.
Hər dostun nə qədər yaxşı olursa olsun, zaman-zaman mənim də qəlbimi qıra biləcəyini və onu yenə də bağışlamaq gərəkdiyini öyrəndim.
Bəzən başqaları tərəfindən bağışlanmanın bəs etmədiyini və əsl önəmli olan insanın özü özünü bağışlaması lazım olduğunu öyrəndim.
Nə qədər küskün, əsəbi, tükənmiş, yorğun, əzilmiş, acılı olsam da dünyanın mənim ətrafımda dönmədiyini öyrəndim.
Dua etmək üçün işlərimin pis getməməsi gərəkdiyini oyrəndim
Sevmək üçün sevilməyi gözləmək lazım olmadığını öyrəndim.
Problemləri problem etmədiyimiz zaman problem qalmadığnı öyrəndim..
Eyni yerə, eyni əşyaya baxan iki insanın belə çox vaxt fərqli şeylər gördüyünü öyrəndim.
Hər kəsi razı salmanın mümkünsüz olduğunu öyrəndim.