ı.ı.ı.ı.ı.ı.ı.ı."İnsanlar"ı.ı.ı.ı.ı.ı.ı.ı.

09 Temmuz 2015
2 105
0
ı.ı.ı.ı.ı.ı.ı.ı."İnsanlar"ı.ı.ı.ı.ı.ı.ı.ı.
ı.ı.ı.ı.ı.ı.ı.ı."İnsanlar"ı.ı.ı.ı.ı.ı.ı.ı.
ı.ı.ı.ı.ı.ı.ı.ı."İnsanlar"ı.ı.ı.ı.ı.ı.ı.ı.

Fikirləşdikcə böyüdüyümü anladım yenidən.4 fəsil, ay, günəş və 8,8 milyard lazımsız planet.Həyatda qeyri-adi heçnə görmədim.Səmimiyyətdən uzaq bir insanın iki üzlü fəlsəfəsi və uzaqdan gözəl görsənən prablemli həyat tərzi...
"İnsanlar" Təvəllüdlə böyüklüyü ölçən bütöv bir cəmiyyət.Yaşamaq həqiqətən çətin olur,səhvlərini anlamadıqca. Hər şeyi geridə qoyub, insanlara verdiyin dəyərə diqqət etmək. Dəyərmi doğurdan böyüdüyün nağıllarla yaşayıb ömür sürmək?
- Çətindir suallara cavab tapmaq. Bu cür insanları anlamaq olmur. Həmişə bir yolla irəllədiklərini düşünürlər, əslində olan isə həmişə ortada qalıblar, uşaqlıq oyunları kimi.Fizulinin dövründən indiyənə qədər sivilizasiyanın necə dəyişdiyini görsək əslində çox şeyi dərk etmiş olarıq...Urbanizasiyanın ölkəmizdə inkişafı çox düşündürdü, lakin bizləri deyil, avropalıları...
İnsanların fikirləri və prablemləri müxtəlif olduğu kimi, mənim bu yazılarımda müxtəlif məna kəsb edir.Çoxları elə düşünür ki, bu dünyadan köçənə yaxın son saniyələrdə kəlmeyi şəhadəti deyib Allahın qüsursuz yaradıb, təbəqələrə böldüyü cənnətə sahib olacaq. Həqiqətən nə baş verdiyini görmürük.Düşünməklə kifayətlənmək olmaz,gözünü açıb həqiqətidə görməlisən.Yoxsa sən düşündüklərini deyil,eşitdiklərini həqiqət sayacaqsan!
- Elə istəmişəm ki, ket dilini bilib ömrümün sonunacan orda məskunlaşım.
Cəmi 200 insan və lazımsız prablemlərdən uzaq səmimi bir həyat.Necədə maraqlı olar...
İndi bir çox alimlər kainatın necə yarandıqları ilə maraqlnır. Lakin bundanda önəmli məslələr var.Buna baxmayaraq tədqiqatlar davam edir. Çünki cəmiyyəti bu maraqlandırır və bunun tapılması üzrə millionlar axıdılır. Belə getsə həqiqətən kainatın sonu fəlakətli "kollap" ilə bitəcək.
Baxın, bu gün 21-ci əsrdə yaşayırıq, həm də keçmişdən fərqli olaraq daha sivil bir dünyada.Lakin bununla yanaşı insan övladının bir qismi indidə orta əsrin mövhumat təfəkküründən və ya mövhumatdan heç geri qalmıyan ateist dalğası altında "həyat" yaşayır. İnsanlığın bir üzü kosmosa yeni dünyalar axtarışına çıxıb, digər üzü hansısa bir karikaturaya görə din pərdəsi altında günahsız insanları qətlə yetirir.
- Din,elm,fəlsəfi iddialar! Bunların hamısı ayrı-ayrı təbəqələrdən ibarətdir və hərə öz inancı yönündə istiqamətdədir. Yəni mən indi İslam dininin bəşərin xilası,Qurani Kərimidə bunların hamısının birləşdiyini desəmdə, hansısa bir yəhudi və başqa din xadimi bunun yanlış olduğunu söyləyib, fəlsəfi fərziyyələr irəli sürəcək.
- Mən bir vəya bir neçə yazımla insanları dəyişdirə bilmərəm.Onların öz istiqamətləri və prinsipləri var!
Və yazımın sonunda cəmiyyətimə arzu edirəm ki:İstiqamətiniz Allahın yolu prinsipiniz isə dua etmək olsun
!
- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.