… Və qəlbim, yenə getmə vaxtıdır…!

18 Temmuz 2015
1 605
0
… Və qəlbim, yenə getmə vaxtıdır…!
… Və qəlbim, yenə getmə vaxtıdır…!


… Və qəlbim, yenə getmə vaxtıdır…!

Hüznün mövsümüdə tökülən yarpaq kimiyik. Sovrulduq hər yerə, itirdik mənliyimizi, unudduq hardan gəldiyimizi və hara getdiyimizi… Və indi qəlbim, xatırlama və xatırlatma vaxtıdır! Gözlər saxtakarlıqları gördü daima, əllər saxtalıqlara uzandı daima. Qaç! Əl yetim başını oxşayır. Qaç! Əl bir gözyaşı silir… Əslində bu əllər bizə ürəklərə toxunmaq üçün verilmişdi. Və neçə insan indi həqiqətləri görür? Neçə insan, işinə yarayanı görür? Əslində bu gözlər, haqqı görmək üçün verilməmişdimi qəlbim? Və neçə insanın qulaqlarında sevgi sözləri çınlayır? Neçə insan yaxşı bir şeylər eşidir? Əslində bunların hamısı bizə bir hissi bütün olaraq yaşamaq üçün verilmişdi. …EŞQ… Əsl o an göz onu görərdi, qulaq onu eşidərdi, ayaq ona çatardı, əl ona uzanardı…

Həsrət yükünü çiyinlərimizə alaraq, çox yollar qət etdik, gözyaşlarımızı könüllərimizə axıtdıq. Və qəlbim, sənlə bərabər qanadıq, incidildik, itələndik, acıdıldıq… Etsinlər, nə olacaq ki, qəlbim? Biz burada qalıcı deyilik… Etsinlər, nə olacaq ki, qəlbim? Biz lənət oxuyan deyilik… Hər şeyi görən, hər şeyi görür qəlbim. Sən kövrəlmə, məyus olma…

Ümid xəyalımız olsun. Sevdamız sərmayəmiz olsun. Gözlərimiz işığımız olsun. Sözümüz özümüz olsun. Halımız eşqimiz olsun. Mənliyimiz HAQQ ƏSİRİ olsun. Günəşimiz röyamız olsun. Və bir gün öldüyümüzdə, adımız AŞİQ qoyulsun. Hər zaman deyirəm və deməyədə davam edəcəyəm, qəlbim elə bilmə eşq asand deyildir, aşiqlər diyarına çatmaq asand deyildir. Qiymət, dəyərdə hər şeyi istər… Aşiqlər özlərini fikirləşməzdilər, özləri yox idi ki. Onsuzda onlar buralara heç aid olmadılar ki. Onların yaşadığı acıları yaşamadan, bu yolda sənə yol yoxdur qəlbim, yol yoxdur…

… Və qəlbim, yenə getmə vaxtıdır…!

… Və qəlbim, yenə getmə vaxtıdır…!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.