▶▶▶Musiqi◀◀◀

15 Aralık 2015
2 863
0
▶▶▶Musiqi◀◀◀
▶▶▶Musiqi◀◀◀
▶▶▶Musiqi◀◀◀
Musiqi onu hiss edə bilən insanın həyatının bir parçasıdır. Oshonun belə bir fikri var: İnsanlar 2 yerə bölünür - elm adamları və incəsənət adamları. Valideynlər çox vaxt uşaqların elmli, savadlı olmalarını tələb edir. Bəzən isə bu o dərəcədə ağır hal alır ki, onlar uşaqlarının öz istək və bacarıqlarına fikir vermirlər. Əgər bir insan savadlı alim, filosof ola bilmirsə deməli oxumur, tənbəldi - bir sözlə problem məhz onun özündədir. Əslində cəmiyyətə, dövrün tələblərinə, aclıq və səfalətə nəzər yetirsək böyüklərin bu tələblərini anlamaq heç də çətin deyil. Lakin icazə verin hər kəs öz sevdiyi, ustası olduğu işlə məşğul olsun. Əgər qızınızın yaxşı səsi varsa və ya rəsmə, rənglərə olan ehtirası ona həzz verirsə, oğlunuz uğurlu idmançı ola bilirsə burada pis heç nə yoxdur. Mövzuya belə başlamamın səbəbi mənim həyatımla bağlıdır əslində. Söhbəti gedən uşaqlardan biri mənəm. Buna sevinim, ya təəssüflənim bilmirəm. Rəqs.. Sonuna böyük nida qoya biləcək qədər sevgim, nöqtələri uzadacaq qədər həsrətim var ona. Mən sizlərin adlandırdığı "rəqqasə" olmaq niyyətində deyildim, mən musiqi və hərəkətdə yaşamaq istəyirdim. Mentalitet, "qonşu nə deyər", "qız uşağısan", "ondansa qiymətlərini düzəlt" kimi fikirlər 21 yaşlı birinin arzusunu, necə deyərlər, ürəyində qoyub. İllərdir geyə bilmədiyim rəqs çeşkaları ən bahalı ayaqqabıdan daha dəyərlidir mənimçün. Hər kəsçün də bu belədir. Kimisi musiqi alətini, kimisi əlcəklərini, kimisi yağlı boyaları çox sevir. Zamanla qələmi sevəcəyim ağlıma gəlməzdi, ancaq bu mənim rəqsə olan sevgimi öldürmür. Bəlkə də belə sevgilər və içimdə yaranmış nifrət bele yazılar yazmağa mene təkan verdi..
▶▶▶Musiqi◀◀◀

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.