“Sizcə kompüter qızdır ya oğlan”

19 Ocak 2016
1 510
1
“Sizcə kompüter qızdır ya oğlan”
“Sizcə kompüter qızdır ya oğlan”

“Sizcə kompüter qızdır ya oğlan”

Müəllim şagirdlərdən soruşur:
“Sizcə kompüter qızdır ya oğlan”
Cavablar müxtəlif olur...
Qızların cavabı – “Oğlandır.
Çünki, məsələləri daha asan həll etmək üçün istehsal olunmasına baxmayaraq, daha çox özləri problem yaradırlar. Və daha da önəmlisi birini aldığınız zaman, bir də baxırsınız ki, bir az səbr etmiş olsaydınız daha yaxşısını ala bilərdiniz.”
Oğlanların cavabı – “Qızdır.
Çünki, onun məntiqini anlamaq çox çətindir. Etdiyiniz ən kiçik səhvi belə yaddaşına yazar və önünüzə təkrar-təkrar çıxarar. Həm də kompüter aldığınız zaman pulun daha çox aksesuarlara getdiyini görürsünüz.”

“Sizcə kompüter qızdır ya oğlan”

Bir nəfər Molla Nəsrəddini ələ salmaq istəmiş və ondan soruşmuş:
- Ay Molla, səninlə eşşək arasında nə qədər fərq var?
-1 metr ..
- Nə yaxın imiş... Bir onunla danış gör necədi...
- Lazım deyil, olduqca yaxşı görünürsən..


“Sizcə kompüter qızdır ya oğlan”

Günlərdən bir gün qurbağaların yarışı varmış. Hədəf, çox yüksək bir qüllənin təpəsinə çıxmaqmış. Qurbağalar da yoldaşlarını seyr etmək üçün toplanmışlar.
Yarış başlamış. Gerçəkdə tamaşaçılar arasında heç biri yarışmacıların qüllənin təpəsinə çıxacağına inanmırmış Yalnız bu səslər eşidilə bilirmiş:
"Yazıqlar" "Heç bir zaman bacara bilməyəcəklər!"1 qurbağa lap başa çıxdıYarışmağa başlayan qurbağalar qüllənin təpəsinə çata bilməyincə tək-tək yarışı buraxmağa başlamışlar. içlərindən yalnız biri inadla, qorxmadan qülləyə dırmaşmağa çalışırmış.
Tamaşaçılar qışqırırlarmış:
"Yazıqlar" Heç bir zaman bacara bilməyəcəklər!...
Sonunda biri xaric, digər qurbağaların hamısının ümidləri qırılmış yarışı buraxmışlar. Amma qalan son qurbağa böyük bir səy ilə mübarizə edərək qüllənin təpəsinə çıxmağı bacarmış.
Digərləri heyrət içində bu işi necə bacardın öyrənmək istəmişlər. Bir qurbağa ona yaxınlaşmış, soruşmuş bu işi necə bacardını deyə. O anda fərqinə varmışlar ki... Qülləyə çıxan qurbağa kar imiş!
Mənfi düşünən insanları eşitməyin.
Onlar ürəyinizdəki ümidləri oğurayarlar!

“Sizcə kompüter qızdır ya oğlan”


Fb
Maraq Dunyasi

RƏYLƏR
alara
  • alara
  • 19 Ocak 2016 15:24
qurbaga xeberi en yaxsisi idi
RƏY ƏLAVƏ ET