... Cavabsız Sullar...

07 Ekim 2014
2 328
0
... Cavabsız Sullar...
... Cavabsız Sullar...


... Cavabsız Sullar...Uzaqlar deyilən bir yer var... Hansı ki, kimsə həmin uzaqların harada yerləşdiyini bilmir. Tək bildikləri var. Burada tapa bilmədikləri xoşbəxtlikləri "uzaqlarda" tapacaqlar. Mənasızdır məncə belə düşünmək. İnsan doğulduğu, yaşadığı yerdə xoşbəxtliyə kor baxıbsa, yan keçibsə ondan, uzaqlarda heç tapmaz olmaz. Sanki axtardıqlarımız orada oturub bizi gözləyir, zaman belə vəfasız, acımasızdır... dayanmır, gözləmir hey harasa tələsir. zaman gözləmirsə səni o zaman heçnənin, heç kimin haradasa bir yerdə əyləşib səni gözlədiyi fikrinə aldanma..
Bəzən buralardan, eyniliklərdən qaçıb getmək istəyirik. Gedib başqa bir yerdə həyat qurub, keçmişi silib atmaq istəyirik. Hətta bunun üçün çoxundan uzaqlaşırıq, şəkilləri, məktubları yandırırıq ki, keçmişi unudaq. Unuduruq, unuduruq, amma hər şey şəkilləri yandırmaq, kimləsə aranı vurmaqla bitmir. Ürək unudmaq istəmirsə nə edə bilərik ki? Bu suala sənə adi kimi gələ biləcək , lakin altında böyük məna yatan "heç nə" ilə cavab verirəm...... Cavabsız Sullar...
İnsan sevdiklərindən uzaqlaşdıqdan sonra onlar üçün darıxır, araya amansızca girən məsafələri qınayır. Amma niyə görəsən özümüzü qınamırıq? Axı o məsafələrin yaranmasına səbəb bizik... Axı qalıb mübarizə edib də qazanmamız gərəkirkən, qorxub qaçan, məğlubiyyəti qalibiyyət sanan bizik.
Ömrümüzün çoxu kimlərisə qınaq hədəfinə çevirməklə keçir. Məgər niyə unuduruq ki, biz də kimin üçünsə qınaq hədəfyik?! Düşünməməkdən düşüncələrimiz mi pas atıb görəsən? Ya da düşünməyə ərinirik, tənbəlləşmişik. Əslində elə tənbəllikdir evimizi yıxan. və o qədər tənbəlləşmişik ki, yıxılan evimizi görüb ona tərəf qaçmamız gərəkirkən tam əksinə qaçırıq.
Haraya qədər qaçacağıq bilmirəm. Görəsən bu vaxta qədər qaçdıqlarımızı toplasaydıq Yer kürəsində neçə dövrə vurmuş olardıq?! Yəqin tənbəllikdən bunu da hesablamaz, nə vaxtsa hesablaram deyib kənara atardım. Bəs görəsən kənarda bizi gözləməkdən başqa çarəsi olmayan və bir o qədər də gözləməkdən yorulan nə qədər dərd-sərimiz var?!... Cavabsız Sullar...
Bizim fikrimizdə yalnız dayanmadan qaçmaq var. Yəqin dayanmadan qaçan zamanı nümunə seçmişik özümüzə, bəlkə də kim bilir...
Biz elə içimizdəkilərlə yaşaya-yaşaya gedirik. Günlər ötdükcə dolub-daşır içimiz. Nə qədər tab gətirər görəsən ürək bu qədər dərdə? Görəsən ürək yorulmur? Yəqin yorulmasaydı ürəyimiz, insan da ölməzdi. Ölümsüz olardı. Amma yaxşı ki, elə ürək yorulur, insan ölür. Yorulmasaydı, insan öıümsüz olsaydı nə olacaqdı ki?: Guya ölümlü olub da nə etmişik? Özümüzə güclə yardımımız toxunur bu halımızla. qıraqdakına qarşılıqsız heç nə etmirik. Adicə biri tolda yıxılsa ona əlimizi verib qaldırmırıq yerdən. Qaldrısaq da gələn "çox sağ ol" cavabına qəribə baxırıq. Yad gəlir bizə...
Ehh yaxşı ki, özümüz-özümüzə yadlaşmamışıq. Amma gün gələcək o da olacaq. O qədər yadlaşacağıq ki, özümüzə, güzgüdə öz əksimizi görəndə tanımayacağıq bəlkə də. özümüzə verdiyimiz 2 sual olacaq. 1) Görəsən bu kimdir belə? 2) Bu mənmiyəm? .. Lakin heç birini cavablandıra bilməyəcəyik bu sualların. elə sualtəki qalacaq...
... Cavabsız Sullar...Elə bu yazımı da cavabını tapa bilmədiyim, bəlkə də axtarmaqda tənbəllik etdiyim suallarla bitirəcəm...
Görəsən nə vaxta qədər Kölgə kimi qaranlıqda gizlənib, işıqlığıa çıxmaqdan qorxacağıq? Bəlkə də o işığa nə vaxt güvənsək o zaman... Bilmirəm... Yəqin ki, bilmək də istəmirəm. Öyrəşmişik artıq kölgə həyatı yaşamağa, bizə yaraşan da budur axı?! Ancaq qorxaq, qaçaq. Qorxaqlığı dost bilirik özümüzə , düşmənizim olduğunu bilmədən. Bu dəqiqə düşmən dostdan daha mərhəmətli olur bəzən...
Nə isə... Bilmək istədiyim əsas 2 şey var. 1) Ömrümüz boyunca qorxub-qaçdığımız dərdlər var. Elə doğulandan qaçırıq onlardan. O qaçışları toplasam Yer kürəsini neçə dəfə dövr edə bilərdim? 2) Nə zamana kimi "İşıqdan qaçan kölgələr" tamaşasında baş obraz olacağıq?
Düşüncələrim zarafat kimi gəlsə də mən ciddiyəm...Zarafat və yaxud da qəribə kimi. Həyat özü qəribələşib. Qəribələşən həyatın bunca müddət fərqinə varmamısan, bir neçə vərəqdən ibarət yazımı oxuyandamı qəribəlik hiss etdin? Nə isə... Bu yazını oxuyan insan oxuduqdan sonra sadəcə bir az düşünməni istəyirəm. Düşün və pas atmış düşüncələrin təmizlənsin. Buraya qədər oxuduğun üçün təşəkkürlər ...... Cavabsız Sullar...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.