Virtual heyat...

10 Ekim 2014
2 576
0
Virtual heyat...
Virtual heyat...

Həyatda dostunu atan insanlar
Çatlarda dost gəzir-dost
axtarırlar
Boşanıb ərindən tənha qalanlar
Ayrılmaz sevgidən-eşqdən
yazırlar.


*


Sosial şəbəkədə artıb mələklər
Arvadı döyənlər hədislər yazır
Qızları aldadıb-kələk gələnlər
Şəklinin altından vəfalı yazır.


*


Virtual məhəbbət-sevgi sözləri
Şairin alqışı bəyənmək olub
Burda görmək olar hər gözəlləri
Qırx yaşlı çirkinlər Jennifer olub.


*


Dostluq at blokda qoyublar
deyir
İnboxda yazışaq kimsə bilməsin
Profil tərəfdən giriblər deyir
Acik şəklimə kimsə söyməsin.



*


Qrupda verilir səy-səy suallar
Qızların üstündə dava salan var
Özgənin şəklinə uyub oğlanlar
Evlənmək təklifi belə edən var.


*


Virtual tanışlıq bəzən baş tutur
Evlənib ailələr quranlarda var
Oğlan var bir gündə beş balıq
Tutur,
Erli arvadları boşandıran var.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.