...Ay işığında rəqs edirəm...

26 Kasım 2014
1 823
0
...Ay işığında rəqs edirəm...
...Ay işığında rəqs edirəm...

___________________________________________________

...Ay işığında rəqs edirəm...
___________________________________________________



Bir yerlərdə varsan bilirəm Bir gün əllərim toxunacaq ürəyim qəfəsindən çıxaraq...Bilirəm sən və mən... Eyni xəyalın içindəyik. Sən məni mən səni axtarırıq. Kəpənəklərə baxdığında Sənin də gözlərin dolur. Düşündükcə, gözəlliklərini və qısacıq ömürlərini... Dünən gecə yenə eyni xəaylı paylaşdıq Minib bir gəmiyə dünyanı gəzdik, sevimli delfinlərin qışqırıqları idi mahnımız... Və ulduzlar və ay parlayırdı üzərimizdə... Sən iç çəkirdin sevdiyim. Çünki bu xəyalın sonunda yenə eyni dünyada xəyalların qədər uzaq, ürəyin qədər yaxın olacaqdım.

...Ay işığında rəqs edirəm...Mən də səndən uzaq olmanın ağrısını çəkirəm. Yaşadıqca bu ağrını səni daha çox sevirəm. Bilirəm bir gün xəyallarım qədər uzaq ürəyim qədər yaxın olmayacaqsan. Ürəyimdə və əlimi uzatdığımda toxuna biləcəyim qədər yaxınımda olacaqsan. Qəflətən çıxacaqsan xülyalardan qapqara gözlərin bir işıq olub, sızacaq gecəmə Gecəm ulduz olacaq səmaya. Okeanlardan dağlardan gələn külək, apar məni. Apar o uzaq diyarlara.
Qaldırmır ürəyim bu ağırlığı; Ürəyim, əllərim, Aldanır. Ürəyim əllərimdə əllərim isə üşüməkdə......Ay işığında rəqs edirəm...


Dinlə Küləyin mahnısını. Sözlərim nə qədər də çarəsiz necə də səssiz; Gözlərəm çay olur, bulud olur, və sonra uzun bir səfərə çıxır düşüncələrim, parçalara ayrılıram... Hər parçam ayrı bir ölkədə... Sonra birdən o ağılımı aparan musiqinin səsi... Ay işığında rəqs edirəm... Ulduzlarla...



___________________________________________________

...Ay işığında rəqs edirəm...
___________________________________________________


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.