Mərhəmət........

09 Mart 2015
1 934
0
Mərhəmət........
Mərhəmət........


Mərhəmət…Ən gözəl duyğu..Ən gözəl hiss..İnsani böyüklük, qəlbin parıltısı, insanliq nişanəsi…Mərhəmət…
Mərhəmti insanlara öyrətmək, insandakı mənfi hissləri söküb atmaq...Yalniz sevgiylə, mərhəmətlə və baş aşagı bir cəmiyyəti baş yuxarı etmək.
Hər kəs günahı olduğunu düşünsün və günahkar mənəm, hər kəs günahsız desin.


Hər kəs hər kəsi əfv etsin. Yeganə qurtuluşmuz budur. Pislik, xəyanət,vəfasızlıqla qarşılaşsaq yenə də mərhəmət ...Görəsən mən nə etdim, nə günahın sahibi oldum, hansı səhvi etdim ki buna layiq oldum…Soyuq qış gecələri…Çöldəki kimsəsizlərin, əlsiz-ayaqsızların halından mən sorumluyam…Sığal gözləyən yetimlərin, ən kiçik nəvazişə belə ehtiyacı olan kimsəsizlərin vəbali mənim boynuma…Xəstəxanadakı carəsizlərin, qocalar evindəki ümidsizlərin vəziyyəti mənim günahım…Hər kəs bunu düşünsün…

İnsanları düşünmək, onlara xidmət etmək…insanlığa faydalı olmaq…Bunu vicdaninda
duymaq...Yalnız sevgiylə, mərhəmətlə.
Ağlaya bilsəydik anlaya bilərdik…Biz mərhəmətdən, acıma duyğusundan uzaqlardayıq. Bağışlamanın üstünüyünü, mərhəmətin böyük bir gozəllik doğuracağını unutmuşuq və həyatımızı bununla alt-ust etmişik.
Mərhəmət...Hər kəsin, bütün varlıqların möhtac olduğu duyğu.
Mərhəmət…ən gözəl hiss, bütün yaradılmışları bir-birinə bağlayan mənəvi duyğu…
Allah (c.c) hər şeyi mərhəmətlə yaratmışdır.
Əgər yerə, torpağa, ləkəyə, pisliklərə mərhəmət olmasaydı su olardımı ?
Yağış yağardımı ?


Hər kəsə mərhəmət etmək və bunun gözəlliyini hiss etmək. Mərhəmətlə ən uca zirvə olan qəlbləri fəth etmək.
Sevgili Peygəmbərimiz (sas) buyurur : "Ən güclü insan ən çox bağışlaya bilən insandır".
Gücünüz yetdiyi qədər mərhəmət edin. Əməlinizlə, hərəkətlərinizlə mərhəmət...Bunu da bacarmasanız sözlə mərhəmət...Kiçik bir təbəssüm böyük bir ümid ola bilər..Barı bunu hec kimdən esirgəməyək...
Bəli…sadəcə mərhəmət…insanlara mərhəmət…canlılara mərhəmət…Allahın yaratdığı hər şeyə mərhəmət…
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.