Mənalı sözlər

01 Eylül 2014
7 790
0
Mənalı sözlər
Mənalı sözlər


Heç kimin keçmişini mühakimə
etmə!Unutma,sən də öz gələcəyindən
xəbərsizsən...

Yaxşı kürəkən, qazanılmış bir oğlan övladıdır.
Pis kürəkən isə, itirilmiş bir qız uşağıdır.

Ətir qoxan qızı hər kəs sevər,Amma sən evini təmizlədiyi üçün paltar sabunu qoxan "Qadınını" sev...

Birisi olacaqsa həyatımda :
- Keçmişimi maraqlanaraq deyil,gələcəyimi xəyal edərək gəlsin!
Qorxaqlarla getdiyim yolda tək qalmaqdan
yoruldum..

Qəbul edirəm! Ən böyük səhvim,
üzümə gülən hər kəsi, özüm kimi sanmamdı.

Qırılacaq 206 dənə sümüyünüz varkən, axmağın biri gəlir ürəyimizi qırır.

Səni olduğun kimi sevən insan üçün yaxşı gün, pis gün yoxdur. Nə vaxt yanında olması lazımdırsa, o zaman yanında olar...

Gecələr mahnılar bir başqa zövqverici olur...

Amma xatirələr çox çəkməz.Ötüb-keçər.İçində bir
boşluq yaranacaq,qəlbində anlaşılmaz bir
narahatlıq,nigaranlıq qalacaq.Başqa heç nə...

Nostalji...Balaca stəkan semiçka bir nizami, böyük stəkan 1000 manata.Hələ ürəyi açıq nənələr bir ovuc da sonradan tökərdi...

Güzgüyə baxdığınızda günahkarlıq hissi
keçirirsinizsə gerçəkləri anlayırsınız deməli.

İnsanlar sevdiyi şeyləri məhv etməyə, sonra da
məhv etdiyi şeyləri yenidən sevməyə və dəyər
verməyə meyllidirlər...

İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün
darıxan, yaşadığı andan şikayət edən varlıqdır...

Vecsiz biri kimi görünsəm də,əslində hər şeyə üzülən bir insanam...

O hər şeyin suyun çıxarmağını sevərdi,
- Xüsusilə də gözlərimin...

Unutsun məni demisən, bu mənə qeyri-mümkün
gəlir. Çünki unutmam üçün əvvəl səni xatırlamam
lazımdır.

Nə qədər yaşasaq da ömrümüz məzar daşındakı
doğum tarixiylə ölüm tarixi arasındakı kiçik bir
TİRE-yə çevrilir...

Nə qədər hirslənsəmdə, bir təbəssümünə təslim olduğum insanlar var...
Mənalı sözlər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.