Şikayət Edirəm!

16 Nisan 2015
1 509
0
Şikayət Edirəm!

Şikayət Edirəm!


Şikayət Edirəm!

Şikayət edirəm!

Allahım yer üzünü ağzınacan doldurmuş zülümdən, Haqsızlıqdan, ədalətsizlikdən ,əxlaqsızlıqdan bütün qəlbimlə Sənə şikayət edirəm.

Allahım haqqın hər yerdə susdurulmasından,

Nahaqqın gurlamasında şikayət edirəm.

Allahım hər yerdə şeytanın bayrağınım dalğalanmasından şikayət edirəm.

Allahım tapdanan haqlardan

Tökülən qanlardan

Axan yaşlardan,

Cavabsız qalan dualardan

Şikayət edirəm.

Allahım zülmün əxlaqsızlığın tüğyan etməsindən,

Fitnə-fəsadın hər yeri bürüməsindən şikayət edirəm.

Allahım dinin içində din donuna bürünmüş iblis niyyətlərdən Sənin dinini tanınmaz hala salanlardan,

Öz çirkin simaları ilə bəndələrini

Sənin gözəl dinindən qaçıranlardan

Şikayət edirəm.

Haramlarının halal,

Halallarının haram sayılmasından

Haqq əhlinin zillətdən

Nahaq əhlinin izzətdən olmasından

Haqqın nazilib sapdandan nazik olmasından

Şikayət edirəm.

Allahım yer üzü zülümlə dolu olduğu halda

Gəlib onu eyni şəkildə haqq ədalətlə dolduracaq olan

Gəlişini bütün kitablarda, Bütün Peyğəmbərlərinin

Bütün İmamlarının, bütün Övliyalarının

Dili ilə möhkəm şəkildə vədi Məhdinin (ə_f) zühurunu Tezləşdirməyini istəyirəm Səndən

Allahım.

Bütün haqq əhlinin adından istəyirəm.

Haqqa sevgisinin nahaqqa qəzəbini qoruyan bütün qəlblərin adından

Haqsızlıqla barışmayan qəlblərin adından isdəyirəm.

Əhli-beytin tapdanan haqqı üçün

Açığından ilan kimi qıvrılanların

Haramların halal sayıldığı üçün

Yaralı pələng kimi çırpılanların adından istəyirəm.

Sənin və dostlarının sevgisindən başqa

Bütün sevgiləri özünə haram edən qəlblərin adından istəyirəm

Allahım.

Bütün məzlumların, bütün yaxşıların, bütün qeyrətlilərin, bütünmərdlərin, bütün haqq pərəstlərin adından istəyirəm Allahım.

İstədiyi verilməyincə heç bir şeylə ovunmayan körpə kimi istəyirəm Allahım.

Allahım Onun gəlişini susuz torpaq suya möhtac olan kimi möhtacıq.

Bir ömür qaranlıqda yaşayan işığa möhtac olan kimi

Bir ömür qış yaşayan bahara möhtac olan kimi

Bir ömür boyu üşüyən istiyə möhtac olan kimi

Vəhşi heyvandan qaçan sığınacağa möhtac olan kimi

Suda boğulan tutacağa möhtac olan kimi möhtacıq

Allahım.

Dərdli qəlblərin təsəllisi göndər

Allahım.

Yaralı sinələrin məlhəmini,

Bütün dərdlərin dərmanını göndər

Allahım.

Bütün qaranlıqların işığını

Yüz illərin qışının baharını göndər

Allahım.

Bütün bidətləri öldürəni

Haqqı dirildib ucaldanı

Göz yaşlarını siləni

Yaraları sarayanı

Bütün əyrilikləri düzəldəni

Yarıqları bərpa edəni

Məzlumların intiqamçısı

Haqları qaytaranı

Yaxşıların mükafatı,

Pislərin bəlası olanı göndər


Allahım.

Ey vədi-vədlərin ən gerçəyi olan

Allahım.

Ey göz yaşlarına rəhm edən

Peşman olanı bağışlamağı sevən

Allahım.

Ey məzlumun intiqamını zalımdan almağı sevən

Allahım.

Ey nahaqla yüksələni alçatmağı

Haqq üstündə əziləni ucaltmağı sevən

Allahım.

Ey haqqın mükafatını

Nahaqqın cəzasını verməyi sevən

Allahım.

Ey hamı ümidsüzləşəndə

Dada çatmağı

Pənah yeri görsənməyəndə pənah verməyi sevən

Allahım.

Ey sevindirməyi sevən

Allahım.

Sənə and veririk Peyğəmbərinə və Onun Əhli-beytinə

Onların fədailərinə və sadiqlərinə

Onların Sənin yolunda çəkdikləri bütün müsübətlərə və udduqları qəhərlərə

Onlarla Sənin aranda yaşanmış ancaq Sənin və Onların bildiyinə və keçə bilmədiyi bütün haqlara sevindir bizi!

Şikayət Edirəm!



Şikayət Edirəm!Redaktə etdi-SyamkaŞikayət Edirəm!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.