Qaraqan

20 Mayıs 2015
2 636
0
Qaraqan
Qaraqan
Qaraqanın "Mənim Dərdim" mahnısı "Nəzirə" janrında yazılıb. Nəzirə janrında Nizami, Fizuli, Xaqani, Nəvai və digər klassiklər istifadə edib. Bu janr dünya ədəbiyyatında da çox məşhurdur. Nəzirə janrında yazarkən Şair nəzirə yazdığı şeirin heca bölgüsünü, qafiyələnmə sistemini hətda ahəngini də bənzədərək ikinci bir şeir yazır. Bu əslində sıradan şeir yazmaqdan daha çətin işdir belə ki, eyni heca bölgüsü içində fərqli məna yaratmaq lazımdır. Qaraqanın belə mahnılarından daha biri "Məni qaytar" adlanır. Orada Qaraqan Felon De Jure -un birinci bəndinə Nəzirə yazır. Nəzirənin içində bunu qeyd edir. "Felona Qaraqan nəzirəsi" - "Mənim Dərdim" mahnısının Nəzirə olduğu Qısa Qapanma albomunda da qeyd olunub. Sizcə 200-dən çox mahnı və 7 roman yazarının nəsə oğurlamağa ehtiyyacı varmı? İnanın yeni bir şey yazmaq Nəzirə yazmaqdan daha asandır. Nəzirə oğurluq deyil və xüsusi məharət tələb edir. Plagiat nədir - Mahnının olduğu kimi götürülməsi və özünü müəllif kimi bildirmək. Məsələn Mosartın hər hansı bir musiqisini götürüb üzərinə mahnı oxusanız bu oğurluq deyil, hətda bu musiqinin ona aid olduğunu qeyd etməsəniz belə plagiat deyil. Oğurluq ancaq o halda olur ki, Qaraqan Mosartın musiqisi üzərinə nəsə yazır və aşağıda qeyd edir, Musiqi və ya Bəstəkar - Qaraqan.
Bu haqda daha ətraflı müəllif hüquqları və Plagiat haqda qanunla tanış ola bilərsiniz.
Qaraqanın yaradıcılığından təsirlənən və ilhamlanan gənc reperləri görmək bizə xoşdur. Burada pis heç nə yoxdur. Tarix boyu minlərlə şair digərindən təsirlənib. Onları dinləyin və yaradıcılıqlarına dəstək olun.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.