Məktub

24 Mayıs 2015
789
5
Məktub
Məktub

"Salam ana. Necəsən? Hər şey yaxşıdırmı? Ümid edirəm ki, hamı salamatdır. Sizlər üçün elə darıxmışam. Ən çox da sənin üçün anam. Başıma sığal çəkməyindən, mənə şirin- şirin "əziz balam" deməyindən, məlahətli səsindən, hətta məni danlamağında ötrü belə darıxmışam. Ana, babam necədir?Yenə hər axşam televizora baxmaq üstündə balaca qardaşımla dava edirlər? Yəqin, indi də aranı sakitləşdirməkdən ötrü babamın ən sevimli qız nəvəsi, bacım onun ən sevdiyi kitabı götürüb onun üçün bərkdən oxuyur. Atam bəs? Əminəm ki, hər zaman olduğu kimi əllərini yumadan süfrədə oturur. Sən də əlini yuyub gəlincəyə qədər ona yemək vermirsən. Balacanın dərsləri necədir? Qiymətlərini düzəldə bilibmi? Ona balaca dediyimi bilsə yenə hirslənəcək. Ən acığı gələn şeydir. "Mən artıq böyümüşəm, yekə oğlanam" deyəcək. Havalar soyuyub, yəqin, həmişəki kimi həyətə çıxmırsınız. Babam da ki heç. O, yay- qış bilmədən hər axşam çayını eyvanda içəcək, bacım da onun yanında. O ikisi həmişə, hər yerdə birlikdə olurlar. Ana bu gün axşama nə bişirmisən. Bilirsən də, soğanın az eləyəcəksən, mən soğan sevmirəm. Bilirəm ən acığın gələn şeydir, həmişə onun üstündə deyinirsən "Qoymazlar ki, yeməyi bir dəfə də olduğu kimi bişirim. Biri soğanı sevmir, biri istiotu sevmir, biri duzlu istəyir, sizin sayənizdə yeni yemək növləri meydana çıxır." Məni soruşsan, yaxşıyam. Narahat olma, əynimi isti geyinirəm, gecə də üstümü bərk-bərk örtürəm. Bir az qrip olmuşam, amma ciddi bir şey deyil.
Hamınız üçün çox darıxmışam. Hər gecə yuxumda sizləri görürəm. Sabah axşam da süfrədə bir boşqab artıq qoyarsan, mənim üçün. Yenə gələcəm. Hələlik."
Birdən zalın işığı yandı. "Qızım, sən burda neynirsən yenə?" deyə, kimsəsiz uşaqlar evinin müdiri masa arxasında əyləşən, əlində bir zərf olan qızdan soruşdu. "Heç elə-belə" deyib zaldan qaçaraq çıxan qızın dalınca baxan müdirə xanım: "Yazıq balam. Yenə öz xəyallarında qurduğu ailəsinə göndəriləcək, bir ünvanı belə olmayan məktub yazır." deyə öz özünə dedi...
Məktub
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
...KüsgÜn...
kotu oldumyaaa 14 tesekkurler
gulawqa
yaxsi ve kederli mektub idi cox sag ol)
Dear..
Mmm maraxla oxudum..
Çox saok
Aska__
Maraqli bir mektubdu..Cox sagol
SEHRI
  • SEHRI
  • 24 Mayıs 2015 23:05
maraqlı və həsrət dolu bir məktub.

ƏN SON XƏBƏRLƏR

HAMISI
Psixologiya Yazılı Şəkilləri 2019 (15)
21:00
396

Psixologiya Yazılı Şəkilləri 2019 (15)

06.12.2019 Gündəlik Bürclər (6 Dekabr 2019)
20:00
1 248

06.12.2019 Gündəlik Bürclər (6 Dekabr 2019)

Daha Arıq Görünməyin Sirləri
19:00
257

Daha Arıq Görünməyin Sirləri

2020 Yeni il Şəkilləri (5)
18:30
321

2020 Yeni il Şəkilləri (5)

Yorğunluğu əmələ gətirən 14 səbəb
18:00
103

Yorğunluğu əmələ gətirən 14 səbəb

Bəlkə Bir Gün Yazılı Şəkilləri 2019 (11)
17:00
581

Bəlkə Bir Gün Yazılı Şəkilləri 2019 (11)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
267

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

20 qəpiklik qara kömür bu xəstəliklərdə kömək edir – SİYAHI
15:00
224

20 qəpiklik qara kömür bu xəstəliklərdə kömək edir – SİYAHI

Kolleksiya Yazılı Şəkilləri 2019 (13)
14:00
466

Kolleksiya Yazılı Şəkilləri 2019 (13)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 528 İRƏLİ