Kişi və qadın ürəkləri arasındakı fərqlər

04 Haziran 2015
1 895
0
Kişi və qadın ürəkləri arasındakı fərqlər
Kişi və qadın ürəkləri arasındakı fərqlər
Qadın ürəyi deyərkən həmişə ağıllara həssaslığı və kövrəkliyi gəlir. Ancaq bu, elmi olaraq da təsdiqlənmiş bir həqiqətdir. Qadınlarda ürəyin damarları daha incə, həssas və büzüşməyə meylli olur.

Qadınla kişi ürəyi ölçü olaraq da bir-birlərindən çox fərqlidir. Qadın ürəyi kişi ürəyindən fərqli olaraq daha kiçikdir. İnfarkta belə daha dözümsüzdür. 40 yaşdan yuxarı qadınların əksəriyyəti ürək-damar xəstəliklərindən həyatını itirir.Sizlere qadın və kişi ürəyi arasındakı fərqi və diqqət etməli olduğunuz məqamları təqdim edirik:

Qadın ürəyinin damarları daha incədir. Kişilərdən fərqli olaraq qadın ürəyinin damarları 1 mm daha incə olduğundan damara müdaxiləni daha da çətinləşdirir.

Qadınlarda qapaq quruluşu daha elastikdir. Buna görə qapaq xəstəliyi və ürək döyüntüləri daha çoxdur.

Qadınlarda ürək damarları daha həssas olduğundan büzüşməyə daha meyllidir. Büzüşən ürək damarlarının diaqnozu çətin olduğundan sinə ağrılarına səbəb olur.

Qadınlarda ürək xəstəlikləri çətin tapılır.


Qadın ürəyi infarkt sonrası fəsada daha dözümsüz olur. İnfarkt sonrası ölüm kişilərə nisbətən daha yüksəkdir.

Kişilərdə ürəklə bağlı sinə ağrısı daha çox yaşanarkən, qadınlarda nəfəs darlığı, halsızlıq, yorğunluq, şişkinlik hissi ön plana çıxır. Bu da diaqnozda çətinlik yaradır.


Qadın ürəyi kişilərə nisbətən daha çox döyünür. Ürək döyüntüsü kişilərdə bir dəqiqədə 70-72, qadınlarda 78-82 arasında dəyişir. Bu da döyünmə və nəfəs darlığı şikayətlərinin qadınlarda daha çox görülməsinə səbəb olur.

Qadın ürəyinin damarları laxta yaratmağa daha meyllidir. Doğum həbi istifadə edən, siqaret çəkən qadınlarda bu risk daha çox görülür.

Qadın ürəyində damarların xəstəliklərə həssaslığı menopuauzadan sonra daha çox artır.

Qadın ürəyinin problemləri testlərdə çətin müəyyən edilir.


Ürəyinizi qorumaq üçün ideal çəkini qorumalı, yüksək təzyiq və şəkər xəstəliyini həmişə nəzarətdə saxlamalı, siqaretdən uzaq durmalı, müntəzəm idman etməli, düzgün qidalanmalı və stressdən uzaq durmalısız.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.