Ağıllı olduğunuzun – 15 əlaməti

15 Haziran 2015
1 515
0
Ağıllı olduğunuzun – 15 əlaməti
Ağıllı olduğunuzun – 15 əlaməti
Ağıl təvazökar olmağı da özü ilə gətirər. Bəlkə siz dilinizə gətirmirsiniz, amma biz sizin ağıllı olduğunuzu görürük.

Özünüzə çox təzyiq edirsiniz.
Əslində bir çox şeyi anlamaq sizin üçün elə də çətin deyil. Ancaq qarşınıza ağlınıza gəlməyən, tam qavraya bimədiyiniz bir şey çıxdıqda ondan əsla əl çəkməzsiniz. O mövzunu, o anlayışı, o faktı anlayana qədər özünüzü məcbur edirsiniz. Təslim olmaq sizə görə deyil.

Ətrafınızda olub bitənlərdən xəbərdarsınız.
Çevrənizdən ayrılmış biri deyilsiniz. Ailənizdən, məhəllənizə, məktəbinizdən, ölkənizdə, dünyada olub bitən hər şeydən xəbəriniz vardır. Yaşadığınız dünyada olub-bitənlər sizin üçün olduqca vacibdir və buna bütün diqqətinizi ayırırsınız.

Başqalarının xətalarını izləmirsiz.
İnsanların müsbət tərəflərinə nəzər yetirirsiniz. Başqa insanların xətalarını görüb bunları onların üzünə vurmaq çox asandır. Ancaq siz qətiyyən belə insanlardan deyilsiniz. Sizin üçün əsas olan insanların müsbət tərəfləridir, bunları görüb təşviq etməkdə heç çətinlik çəkmirsiniz. Onsuz heç bir zaman asan olan yolla getmədiniz ki.

Səhv anlaşıldığınız zamanlar çoxdur.
Çünki fərqli və qarma-qarışıq düşünürsünüz. Sizə sadə gələn bir şeyi başqalarına söylədiyinizdə tərəddüd edirlər. Məsələn, incə zarafatlarınız layiq olduğu münasibəti görmür, çünki anlamırlar.

Ağıllı dostlarınız var.
«Mənə dostunu göstər, kim olduğunu deyim» sözü əsl sizin üçün deyilmişdir. Seçdiyiniz dostlarınız ağıllı, özünü tanıyan, sizi əks etdirən insanlardır.

Edə biləcəkləriniz haqqında yüksək fikirdəsiniz.
Ağıllı olduğunuzu özlüyünüzdə bilirsiniz və bu da edə biləcəkləriniz haqqında yüksək fikirlərinizi artırır. Ətrafınız kimi özünüz də bunun fərqindəsiniz.

Bir nəticəyə çatmaq üçün tələsmirsiniz.
Hadisələrə fərqli yönlərdən baxaraq artıqları və əskikləri görə bilirsiniz. Hər kəs üçün xeyirli olacaq qərarı vermək mövzusunda tələsmirsiniz.

Bildiklərinizin həqiqət olduğunu düşünmürsünüz.
Həyatda müxtəlif doğrular ola biləcəyini, bu doğru yolların günün birində eyni bir doğruda kəsişəcəyini fikrinizdən heç çıxarmarsınız. Hələ ki, öz doğru bildiklərinizi başqalarına təlqin etmək kimi bir düşüncəniz də yoxdur.

Oyun oynamağı sevirsiniz.
Oyun ilə zəkanın nə əlaqəsi var? deyə düşünməyin. Əlaqə çox böyükdür. Kompyuter oyunundan kart oyununa, monopoliyadan jengaya, tabuyu və bir çox oyunun sevərək oynayırsınız. Çünki krossvord yazmaq, diqqət toplamaq, bir çox şeyi həll etməyə beyninizin ehtiyacı vardır.

Ağlınızın hər şeyə çatamayacağını qəbul edirsiniz.
Hər şeyi bilməyəcəyinizi çox gözəl bilirsiniz. Bu fikir belə nə qədər ağıllı olduğunuzun əlamətlərindən biridir.

İnsanları dəyişdirməyə çalışmırsınız.
Hər insanın bir bütünün fərqli rəngi, başqa bir üzü olduğuna inanırsınız. İnsanları olduğu kimi qəbul etməkdə heç bir narahatlıq çəkmirsiniz.

Gördükləriniz sizə kifayət etmir.
Hər vaxt daha çoxunu bilmək, görmək, öyrənmək istəyirsiniz. Bunun üçün bir şeyi qurcalamaqdan, xarab etməkdən, söküb yığmaqdan əsla bezmirsiniz. Sizin üçün görünənin arxasında mütləq bir şeyin olduğu hissi vardır. Siz aysberqin görünməyən hissəsiylə də maraqlanırsınız.

Deyəcəyiniz sözləri diqqətlə seçirsiniz.
Hədər danışmaq əsla sizə görə deyil. Danışarkən seçdiyiniz kəlmələrə, izah etmə üsulunuza diqqət edirsiniz. Bu, insanları terminlərə, bəzəkli kəlmələrə tutduğunuz mənasına gəlmir. Sadə və anlaşılan dildə danışırsınız.

Problemlə üzləşəndə diqqətinizi cəmləyirsiniz.

Bilirsiniz ki, problemin həlli yolları problemlərdən çoxdur. Oturub dərd çəkmək, ağlayıb-sızlamaq yerinə dərhal problemin həlli yollarını axtarırsınız.

Zamanın qiymətini bilirsiniz.
Sizin üçün boş zaman deyilən bir şey yoxdur. Həyatdakı hər saatı, hər dəqiqəni necə dolduracağınızı çox yaxşı bilirsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.