Bəs can boğaza gəldiyi zaman necə tövbə edəcəksən?!
Bir vəli otuz illik bir dərzidən soruşdu:
- Niyə hələ də tövbə etməyib günahlı həyata davam edirsən?
Dərzi:
- Necə olsa can boğaza gələnə qədər tövbənin vaxtı var. O zaman tövbə edər, xilas olaram demiş.
ALLAH dostu:
- Sən neçə ildir dərzilik edirsən?
Dərzi:
- Otuz ildir.
ALLAH dostu:
- Bu qədər zaman içərisində əlin ən çox nəyə öyrəşdi?
Dərzi:
- Qayçı ilə parça kəsməyə.
ALLAH dostu:
- Canın boğaza gəldiyi anda əlinə bir qayçı versələr yenə asanca parça kəsə bilərsənmi?
30 illik dərzi:
- Elə qorxulu bir anda parçanı doğru kəsə bilmərəm!
ALLAH dostu:
- Yaxşı 30 ildir etdiyin bir işi o anda doğru edə bilmirsənsə, ömründə heç etmədiyin bir işi, tövbəni necə edəcəksən o anda?!