Hədiyyə haqqında Hədislər

12 Kasım 2015
2 081
2
Hədiyyə haqqında Hədislər
Hədiyyə haqqında Hədislər
Hədiyyə haqqında Hədislər
Əbu Hureyrədən (A.o.r.): Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Ey müsəlman qadınlar! Qonşu qonşusunu saysın! Ona üstündə bir az ət olan qoyun sümüyünü də (hədiyyə) kimi verə bilər”.

Peyğəmbərin hədiyyə qəbul etməsi.
Əbu Hureyrədən (A.o.r.) Peyğəmbər (s.ə.s) buyurmuşdur: “(Bir heyvanın bişirilmiş və ya qizardılmış) qabaq ayaq və ya budlarını ( yeməyə) çağırılsam gedərəm ,Mənə qabaq və ya dal ayağın budları hədiyyə edirlərsə qəbul edərəm!..”

Əbu Səid demişdir ki: Peyğəmbər (s.ə.s) buyurmuşdur: “Mənə də ( özünüzlə) bərabər bir hissə ayırın!.”
Əbu Hureyrədən (A.o.r.): Allahın Elçisinə (s.ə.s.) bir yemək gətiriləndə: “Hədiyyədir, yoxsa sədəqədir?”

-deyə soruşardı. “Sədəqədir” deyildikdə, səhabələrinə:
“Götürün, siz yeyin!”deyərdi və özü yeməzdi. “Hədiyyədir!”deyildikdə, (s.ə.s.) əlini vurar və onlarla bərabər yeyərdi.

Hədiyyə əvəzində hədiyyə vermək.
Aişədən (A.o.r.): Demişdir ki: “Allahın Elçisi (s.ə.s.) hədiyyə qəbul edərdi və əvəzində (bir şeyi) hədiyyə kimi verərdi.”


Hədiyyə verərkən uşaqları ayırd etməmək.
Aişədən (A.o.r.): Peyğəmbər (s.ə.s.) buyurmuşdur: “Bəxşiş və hədiyyə verəndə uşaqlarınızla ədalətli davranın!”
Numan b. Bəşirdən (A.o.r.): Atam məni Allahın Elçisinin (s.ə.s.) yanına apararaq belə dedi: “Bu oğluma mən bir kölə hədiyyə etdim!” “Hər bir uşaqına bu cür kimi hədiyyə etdinmi?” “Xeyir!” Elə isə onu geri götür (yəni, buna da vermə!)”-deyə buyurdu.
Hədiyyə haqqında Hədislər
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Minyon giril
    Allah razi olsun marakli sozler idi beyendim :)
  2. -Aydan-
    Aişədən (A.o.r.): Demişdir ki: “Allahın Elçisi (s.ə.s.) hədiyyə qəbul edərdi və əvəzində (bir şeyi) hədiyyə kimi verərdi.”
    -Allah razı olsun .. Təşəkkürlər..
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.