Zaman və Tarix...

22 Aralık 2015
2 494
1
Zaman və Tarix...
Zaman və Tarix...

Zaman və Tarix...

Zaman axıb getdikcə hər şey tarixə qovuşur deyirlər. Zaman dayanmır, dayanan bizik. Günlər, həftələr, illər - bunlar hamısı bəzən əleyhimizə, bəzən xeyrimizə olur. Bir şeyi qazanmaq üçün insan bəzən illərlə səbr edir. Bəzən bütün həyatını tam bir saniyə həll edir, yəni o bir saniyənin hökmü çox böyük olur həyatımızda. Bir saniyə fərqilə kimsə doğulur və kimsə ölür, bir saniyə ərzində gecikdiyimiz insanlar olur həyatımızda, hansı ki, illər keçsə belə, o bir saniyənin əhəmiyyəti qalır hardasa dərinlikdə. Bəzən itirməyə vadar edən o bir saniyə qovuşdurur bizi sevdiklərimizə.

Bəs zaman qazandırdıqları əvəzində nələri alar bizdən?
"Hər şeyimizi" desəm, düzgün mü olar, sizcə? Ən böyük müəllim, ən böyük dərman, ən böyük çarə zamandı bəli. Zaman keçdikcə yaralar sağalar, ağrılar keçər, pisliklər unudular, həmçinin etdiyiniz yaxşılıqlar da.

İnsan doğular, böyüyər, yaşayar, yaşlanar və ölər... Zaman sadəcə bir aldanışdır, bizi özünə bağlayır və böyük cümlələrimizdə əsas mübtəda olmuş. "Zaman keçər""zamanla keçər" - bu iki anlayış arasında kiçik, həssas bir nöqtəni gördünüzmü? İki anlayışda da zamanın keçməsi... Hər keçən saniyə "son doğum tariximizə" bir addım daha atmış oluruq, əsas mövzu ölmək, ya da ölüm deyil, əsas olan sağ ikən zamandan necə istfadə eləməyinizdir. Bu həyat sizə bir dəfə verilir, niyə onu öz istədiyiniz kimi deyil, başqalarının istədiyi kimi yaşamalısınız?
Nəticədə 50-60 yaşına gəldiyinizdə peşman olacağınızı məndən yaxşı bilirsiniz.

Sevmək istəyirsiniz? Sevin!
Ağlamaq istəyirsiz? Canınız çıxana qədər ağlayın!
İçki masasında özünüzü tərk etmək istəyirsiniz? Edin! Nə də olsa, bu sizin həyatınız, nə mənimdir, nə də bir başqasının.
Peşman olacağınızı düşünürsüz? Ola bilər, olasınız, amma unutmayın ki, özünüz etdiyiniz halda peşman olmaq insanı incitməz, amma başqasının dediyi kimi etsəniz, zatən sonun əvvəlində bir peşmanlıq var.


Unutmayın, bir gün o təqvimə həyəcanla qeyd etdiyiniz günlərə siz ölüncə əhəmiyyət verən olmayacaq, hətta bir gün doğum gününüzü belə xatırlamayacaqlar. O təqvimdə hər birimizin "son doğum günü" olacaq. Və onu xatırlayan çox olacaq, əmin olun. Çünki "...ölülər dəyərli olar", öləndən sonra verilən dəyərdə görərik bunu.
Bir gün bu tarixlər, bu saatlar mənasız olacaq və necə başlamışdısa, eləcə də bitəcək hər birimiz üçün.
Çalışın sevdiklərinizə bol zaman ayırın və aranıza heç vaxt zaman boşluğu girməsin.


Zamanın nəbzini tutmaq ümidiylə...

Zaman və Tarix...


Müəllif: Nəzrin Rzayeva
xoshbextqadin.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    .heqiqeten cox gozel movzuya toxunulub...paylawim ucun sag olun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.