Statusuna çox "like" gələn cılız insanlar və cılız sayt rəhbərləri...

21 Aralık 2015
2 109
0
Statusuna çox "like" gələn cılız insanlar və cılız sayt rəhbərləri...
Statusuna çox "like" gələn cılız insanlar və cılız sayt rəhbərləri...

Statusuna çox "like" gələn cılız insanlar və cılız sayt rəhbərləri...

Statuslarımı izləyən, rəy yazan xanımlardan, bəylərdən bir çoxuna özüm dostluq atıram. Dünən bir xanıma dostluq atmışdım, bu gün inboxa: "dostluq atdığınız üçün minnətdaram" deyə mesaj yazdı. Bu halla bir neçə dəfə rastlaşmışam, çox maraqlı gəlirdi səbəbi, niyə xanımlar dostluq atmaqdan çox vaxt çəkinir?

Xanımdan icazə alıb soruşdum ki, əgər dediyiniz kimi statuslarımı çox bəyənirsinizsə, niyə dostluq atmaqdan çəkinirsiniz?

Xanım çox maraqlı cavab verdi.

- Bir çox tanınan insanlara facebookda dostluq atanda qəbul etməyiblər, statuslarına çox like gələn insanlar qudurğan olurlar.

Xanım, əslində çox haqlıdır. Dəfələrlə müşahidə eləmişəm, az çox bir az kimsə tanınsa, statusuna çox like gəlsə, eqo yaranır.

Bir dəfə realda tanımadığım bir facebook dostum məni çaya dəvət elədi. Çox məmnuniyyətlə getdim, bir çay süfrəsində söhbət etdik, müzakirələr apardıq. Maraqlı da insan idi. Mənim onun təklifini dəyərləndirib görüşməyə getməyim hiss edirdim ki, onu çox sevindirmiş, eyni zamanda təəccübləndirmişdi. Söhbət əsanasında təəccübünün səbəbini özü açıqladı. Bildirdi ki, bir çox belə insanlarla görüşmək istəmişəm, çaya dəvət etmişəm, amma gəlməyiblər. Onlarla sadəcə şəxsi tanış olub, fikirlərini daha yaxından bilmək istəyirdim.

Bir gün statuslarını bəyəndiyim insana dostluq atmaq istəmişdim, amma yalnız izləmə butonu var idi. Sora bildiriş gəldi ki, filan xanım sizə önərir ki, filan bəyə dostluq atın. Çox maraqlıdır ki, filan bəyin mənlə dost olmağı o xanıma niyə maraqlı olsun ki?
Əl-qərəz dostluq yolladım.

Bəzən postlara rast gəlirəm ki, kitabı təbliğ edirlər, cəhalət ilə vuruşduqlarını hiss edirsən, amma di gəl, danışanda deyirlər, profil şəkli olmayan, ərgən status yazan, kitab oxumayan insanları dostluğuma qəbul eləmirəm.

Əgər bu insanları qəbul eləmirsənsə, ətrafına kitab oxuyanları yığırsansa, daha kitab oxuyun deyə pafoslu statusları niyə yazırsan? Əgər məqsəd kitabı təbliğ eləməkdirsə, mentallıqla mübarizə aparmaqdısa, bu insanların arasına daxil olmaq lazımdı.

Dostluğumda bir "yazar" vardı, kitabının təqdimatı olacaqdı. Bir xanım ondan imza gününün tarixini soruşmuşdu. Həmin sualı "screeshot" edib: "nə key adamlar var" başlığı ilə paylaşmışdı. Səni sən edən - şair edən oxucuya borclusan, nəinki onu təhqir etmək. Onlar olmasa sən, yazdıqların kimə gərəkdir?

Həmin bu yazarla qarşılaşdım:
- kitabınız çox bahadır
- kitab baha olar də...

Kitabın qiyməti içindəki ilə müəyyən olunmalıdır. İki misra şeir olan bir kitab dünyaca məşhur bir yazarın romanından baha ola bilməz. Bunun bir adı var, mənəmlik, eqo!

Bir də inboxa yazılan mesajlara cavab verməyənlər var. Dəfələrlə gənclərin şikayətçi olduğunu görmüşəm. "Filankəsə yazdım neçə dəfə, amma bir dəfə mesajıma cavab yazmadı" dediklərinin şahidi olmuşam.

Həmçinin də statusu yazıb "yoxa çıxanlar" var. Baxırsan, bütün statuslarında dostluğunda olan insanlar hörmət edib, diqqətə alıb rəy yazıb, fikirlərini bölüşüblər. Adamdan bir nöqtə qədərində reaksiya yoxdur. Elə bil profil sahibi məchula dönüb, qeybə çıxıb.

Nədir bu eqo yarışı? Nədir bu özündən razılıq, yekəxanalıq?
Sosial şəbəkənin mahiyyəti bölüşməkdir, paylaşmaqdır, fikir mübadiləsi aparmaqdır, özünü göylərə qaldırıb sənə hörmət edənləri aşağılamaq deyil. Unutmayın ki, sizi tanıdan da elə məhz statuslarınızı like edən, rəy yazan insanlardır!

Son olaraq, gənclərə dəstək hamımızın borcudur. Saytlar gənclərin yazılarını çox vaxt qəbul etmir, yayımlamır. Zəifidir, mükəmməl deyil bəhanəsi ilə, tanınmış yazar deyilsən adı ilə dışlayırlar. Sən saytında bu gəncə dəstək olmasan, mən olmasam, biz olmasaq, bu adam necə özünü təsdiqləyəcək? Mükəmməllik zəifliyin təkamülüdür. Gənclərə dəstək olun!

Bir ilə 500 kitab oxuya bilərsiniz, 1000 like yığa bilərsiniz, amma unutmayın, bir damla murdar spermadan yaranmısınız.
Bəzən bu insanları qudurdan da, elə bizlərik, cənablar, heç bir insanı öyüb göylərə qaldırmaq lazım deyil. Sizin də elə bir istedadınız var ki, statusuna 200-300 like yığanlarda yoxdu.

Statusuna çox "like" gələn cılız insanlar və cılız sayt rəhbərləri...


Müəllif:Kamran İsmayılzadə
xoshbextqadin.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.