Almaniyada yaşayan Yusif Əbilovdan:

11 Ocak 2016
1 962
1
Almaniyada yaşayan Yusif Əbilovdan:
Almaniyada yaşayan Yusif Əbilovdan:

Almaniyada yaşayan Yusif Əbilovdan:

Bu yazını Almaniyada yaşayan soydaşımız Yusif Əbilov paylaşıb.

Almaniyada Vergilər idarəsi ( Finansamt)

Mən 11 ildir Almaniya - Mainzda dükan işlədirəm. Bu illər ərzində hər ay Vergilər idarəsinə( Finansamt) ailəmizin aylıq məsrəfindən artıq pul qalanda bu puldan da vergi ödəmişəm. Bu on ildə bir dəfə 2015-ci ilin aprelində Vergilər idarəsindən məktub aldım. Məktubda may ayının 20-də dükanımı yoxlamağa gələcəklərini bildirirdilər. Bu 10 ildəki sənədləri qaydaya qoymaq, əyri-əskikləri düzəltmək lazım idi.
Həm də bu arada daha məcburi görüləcək başqa işlərim də var idi. Vergilər idarəsinə məktubla müraciət elədim ki, bu yoxlamanı daha bir ay uzadasınız. Və həmən də cavab aldım ki, yoxlamanı iyunun 20-ə təyin edirlər. İki ay vaxt mənə çox yetərli oldu ki, bütün işlərimi görə biləm.
İyunun 20-də vergilər idarəsindən bir nümayəndə gəldi. Mənimlə çox səmimi görüşdü, tanış oldu. Dükana bir 30 saniyə nəzər yetirdi. Və məndən 2006,2009,2011-ci illərin sənədlərini istədi. (Almaniyada aldığın bütün sənədləri - malların qaimələrini (Rechnunglarini) 15 il saxlamalısan.) Mən bu illərin əvvəlcədən hazırlanmış bütün sənədləri qovluqda (Mappen) təqdim elədim.

Adam sənədləri alıb getdi. Düz bir aydan sonra məni Vergilər idarəsinə dəvət etdilər. Getdim, məni yoxlayan adamla üz-üzə oturdum. Adam durub Kofe gətirdi. Masaya başqa yiyəcəklər də qoydu. Çox səmimi danışdıq. Bəzi nöqsanlarımı mənə göstərdi. Bunları aradan qaldırmağımı tövsiyə elədi. Almaniyada tətbiq olunan yeni qayda-qanunlarla, kassa sistəmi ilə məni tanış elədi. Və sonda mənə müvəffəqiyyətlər arzuladı və biz ayrıldıq.

Almaniyada yaşayan Yusif Əbilovdan:


Fb Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. SAVAS
    • SAVAS
    • 11 Ocak 2016 15:01
    çox gozəldi
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.