Dahilərin Sözləri

Dahilərin Sözləri

Dahilərin Sözləri

Həyat üç hissədən ibarətdir: dünyanı dəyişdirəcəyini sandığın, dəyişməyəcəyini başa düşdüyün və dünyanın səni dəyişdirdiyinə əmin olduğun. (Jan Pol Sartr)

Hansı yaxşıdır; hökmdarı sevsinlər, ya ondan qorxsunlar? Deyirlər, ən yaxşısı odur ki, hökmdarı həm sevsinlər, həm də ondan qorxsunlar, lakin məhəbbətlə qorxu bir araya sığmır. Buna görə də seçmək lazım gəlsə, qorxuya üstünlük vermək lazımdır, çünki qorxu üzərində qurulmuş hakimiyyət daha etibarlıdır. (Nikkolo Makiavelli )

Uşaq məhəbbəti - "Mən sevildiyim üçün sevirəm" prinsipinə söykənir.
Yetkin məhəbbətin əsasını - "Mən sevdiyim üçün sevilirəm" prinsipi təşkil edir.
Yetişməmiş məhəbbət - "Sən mənim gərəyim olduğum üçün səni sevirəm", Yetişmiş məhəbbət - "Sən mənə səni sevdiyim üçün lazımsan" kimi ifadə olunur" (Erix Fromm)

Topal insan hədəfinə çatmaq üçün atına mindi və hədəfinə çata bilmədi, çünki atdan enəndə yıxıldı. (Fridrix Nitsşe)

Müsəlman ölkələrində həqiqi inqilablar ona görə baş vermir ki, inqilabın əlifbasını təşkil edən kitablar müsəlman xalqlarının dillərinə tərcümə olunmayıb. (Cəlil Məmmədquluzadə)

Fb Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.