Avtobus Sürücüsü və 20 pasient

17 Ocak 2016
1 144
1
Avtobus Sürücüsü və 20 pasient
Avtobus Sürücüsü və 20 pasient

Avtobus Sürücüsü və 20 pasient

Zimbabvedə avtobus sürücüsü istirahət etmək və eyni zamanda bir qədər içmək üçün yol kənarında yerləşən kiçik bir barın qarşısında dayanır. Bu zaman onun avtobusunda olan sərnişinlər, daha doğrusu Xararedən Bulavoya aparılan psixiatriya xəstəxanasının 20 pasienti qaçır.
Bardan çıxan sürücü qarşılaşdığı mənzərəni gördükdə heç əhvalını belə pozmur. Belə ki, o növbəti dayanacaqda dayanan sərnişinlərə “pulsuz gediş” təklif edir və lazımi sayda insan topladıqdan sonra birbaşa olaraq psixiatriya xəstəxanasına yol alır. Buraya çatdıqda isə sürücü həkimlərə bildirir ki, bu xəstələr güclü təxəyyülə sahibdirlər və özlərini tamam başqa insanlar kimi təqdim edə bilərlər.
Həkimlərin isə vəziyyətin nə yerdə olduğunu anlamaları üçün 3 gün tələb olmuşdu.

Avtobus Sürücüsü və 20 pasient


Fb Kitab
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
ceyla
  • ceyla
  • 17 Ocak 2016 11:42
aaa ne maraqli idi ))agilli insanlari delilerin yerine aparib???
RƏY ƏLAVƏ ET