Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

25 Ocak 2016
1 959
0
Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...
Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Həyatda yalnız bir neçə dəfə, hətta bəzi hallarda cəmi bir dəfə xüsusi qadınlarla qarşlaşmaq şansı olur. Bu qadınlardan biri də sizin yeganə qadınınız olur – xəyallarınızdakı həmin qadın. Bu görüşlər hər zaman gözlənilməz olur, çox vaxt sizin üçün rahat olmur, lakin o qadın gəlir və bütün həyatınızı birdəfəlik dəyişdirir.
Biz təbiət tərəfindən elə yaradılmışıq ki, iki əks cinsi birlikdə bütünlük təşkil edə bilir. Öz yarının axtarışı səyahət kimidir, bəzən hətta yorucu bir səyahətdir. Əgər bəxtiniz gətirib və sizin üçün xüsusi hesab olunan qadını tapmısınızsa, ondan bərk-bərk yapışın və heç vaxt, heç vaxt getməyinə icazə verməyin.
Heç də hamımız həyatımızın sevgisini tapdıqda özümüzü müdrik aparmırıq və inanın ki, sonra bütün ömür boyu bunun peşmançılığını çəkirik. Əgər həmin qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə, ona heç vaxt getməyə icazə verməyin.


Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...1. O sizdən ağıllıdırQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Hər bir kişi özündən daha ağıllı qadına ehtiyac duyur. Bu cür qadınlar sizə həyatın çətin yollarından keçməyə kömək edir. Deyirlər ki, hər uğurlu kişinin ardında müdrik qadın dayanır. Qadınsız kişi adi eqoistdən başqa bir şey deyil. Onun həyatına ağıllı qadın gətirin – məna yaranacaq, istiqamət və müdriklik peyda olacaq ki, heç nəyi korlamasın.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...2. O gözəldirQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Gözəllik baxan gözlərdə gizlənir. Əgər o sizin zövqünüzə görə çox gözəldirsə, ondan bərk yapışın. Mən fikir vermişəm ki, bizim günümüzdə gözəlliyə çox əhəmiyyət verənlər və bir də bu konsepsiyanın tam əksinə çıxış edənlər var. Gözəllik gözardı ediləsi məsələ deyil, sadəcə hər kəs onu fərqli görür və sənə uyğun olan gözəlliyi tapdıqda, hər şey rəngini dəyişir. Sadəcə bəzi şeyləri düzgün dəyərləndirmək lazımdır.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...3. O qayğıkeş və xeyirxahdırQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Yaxşı insanlar xeyirxah insanlardır. Əgər o xeyirxahdırsa, onu saxlamalı olduğunuz haqqında artıq söz deməyə də ehtiyac qalmır. Qadın üçün qayğı göstərmək bacarığı olduqca əhəmiyyətlidir. Bəzi hallarda kişi qadından daha qayğıkeşdir. Buna baxmayaraq, bütün qadınlarda analıq instinkti var.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...4. O enerjilidirQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Həyat bəzi mərhələlərdə çətin olur. O da bu dövrlərdə kefsiz və darıxdırıcı ola bilər. Qadınlar kişilərin kefini açmaq və onları əyləndirmək üçün yaranmayıblar. Əslində, bunun tam əksini iddia edə bilərik. Lakin enerjili, hərəkət edib, macəralara hazır qadınla siz özünüzü daha xoşbəxt hiss edəcəksiniz.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...5. O sizi bütün qəlbiylə sevirQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Bu sözsüz ki, ən vacib şeydir. Qadın sizi sevdiyində, o bunu bütün qəlbiylə edir. Kişilər daha çox eqosentrikdir. Qadının isə özünü bütünlüklə sevdiklərinə həsr etmək bacarığı var. Əgər sizi həqiqətən sevən qadınla qarşılaşmısınızsa, siz kainatın ən böyük hədiyyəsini almısınız.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...6. O güzəştə getməyi bacarırQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Hər iki cins inadkardır. Biz hər şeyi olduğu vəziyyətdə sevirik və bir çox halda dəyişiklikləri lazımsız hesab edirik. Lakin bu və ya digər halda, münasibətlər güzəştlər üzərində qurulur. Ümumiyyətlə, bu münasibətin mövcud olma mexanizmidir. Güzəştə getməyi bacaran qadın tapmaq mübarizənin yarısıdır. Çünki digər yarsında da siz güzəştə getməlisiniz.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...7. O doğmalıq hissi yaradırQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Sevmək, dərindən sevmək – bu həyatında ilk dəfə dünyada öz yerini tapmaq, öz evini tapmaq kimidir. Bu o deməkdir ki, siz məhz olmalı olduğunuz yerdəsiniz və daha heç yerə getmək ehtiyacı yoxdur. Əgər siz onun gözlərinə baxdıqda, öz qəlbinizin əksini görürsünüzsə – deməli siz evdəsiniz. Heç yerə getməyin.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...8. O səhvlərinizi deməkdən çəkinmirQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Hər kişinin onun axmaqlıqlarını düzəldəcək bir qadına ehtiyacı var. Kişilər böyük məharətlə səhv qərarlaq ala və mənasız hərəkətlər etməyi bacarırlar. Sizə düzgün addımlar atmaqda kömək edəcək qadın tapmısınızsa, o sizin səhvlərinizə diqqət etməyinizə kömək edəcək, doğru seçimlər etməyinizə səbəb olacaqdır.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...9. O güclü olsa da, qadınlığını itirmir Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Hər kəsin zövqü fərqli olsa da, qadınlarda gücün və qadınlığın vəhdətinə daha çox üstünlük verilir. Güclü qadın hər bir kişiyə lazım olan yoldaşdır. Qadınlığını itirməyən güclü qadınlar isə mükəmməllikdir. Bu halda qadın öz dəyərini bilir və qadın doğulduğu üçün fəxr edir.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...10. O ehtiraslıdırQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Ehtiras dolu həyat elə bir həyatdır ki, onu yaşamağa dəyər. Lakin tək başına ehtiraslı həyat yaşamaq mümkün deyil. Ehtiras iki canlı orqanizm arasında yaranır, hətta iki individual arasında. Ehtiras yoluxucu olduğu üçün mükəmməldir. Bu dünyadakə ən çox arzulanan yoluxucu "xəstəlikdir.”

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...11. O bacarıqlıdırQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Mən başa düşürəm ki, bəzi kişilər, özünə elə qadın axtarır ki, evdə otursun və ev işləriylə məşğul olsun. Hətta bunu arzulayan qadınların olduğunu da qəbul edirəm. Lakin bu tip qadınlar mənim üçün deyil. Lakin əgər siz belə qadın arzulayırsınızsa, onda onun bu bacarığını da yüksək qiymətləndirməlisiniz.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...12. O sizin üçün hər şey deməkdirQadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...

Bəzən biz bir insanı dəlicəsinə sevirik və bunun səbəbini açıqlaya bilmirik. Əslində bizə heç səbəb də lazım deyil. Əgər siz onu sevirsinizsə və onsuz həyatınızı təsəvvür etmirsinizsə, özünüzə onu əldən verməyə icazə verməyin. Əgər o sizin üçün bu qədər əhəmiyyətlidirsə, bunu dərk etməlisiniz. Bəzən insanlar sevdiklərinin onlar üçün nə qədər əhəmiyyət daşıdığını həmin insanları itirmədikcə dərk etmirlər. Biz hər zaman ikinci şansımızın olacağını düşünürük, bəlkə yenə də bir gün barışacağımızı düşünürük. Ola bilər. Lakin, bunun əksi də ola bilər. Siz sonra uzun illər həyatınızdakı ən əhəmiyyətli şeyi əldən verdiyinizə görə peşmanlıq hiss edə bilərsiniz. Risk etməyə dəyməz.

Qadın özündə bu 12 keyfiyyəti birləşdirirsə...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.