Günü evdə keçirənlərə xoşbəxtlik ipucları

18 Şubat 2016
1 665
2
Günü evdə keçirənlərə xoşbəxtlik ipucları
Günü evdə keçirənlərə xoşbəxtlik ipucları

Bəzən dumanlı, çiskinli havaya baxıb evdən çıxmaq istəmirik. Bəzən də xəstəlik bizi evdə qalmağa məcbur edir. Çoxları evdə tək qalmağın sıxıcı olduğunu düşünürlər. Halbuki əksinə boş vaxtınızı olduqca maraqlı keçirə bilərsiniz.

Günü evdə keçirənlərə xoşbəxtlik ipucları

*Telefonun səsini alıb üzərinizi örtün və istədiyiniz qədər yatın.

*Ucuz olduğu üçün alıb heç istifadə etmədiyiniz şamları yandırın.

*Soyuducudakı meyvələrdən salat hazırlayın. Evdə krem-şanti varsa, onunla meyvələrin üzərini bəzəyin.

*Şəkil albomlarını gözdən keçirin.

*Siyirtmələrin içini səliqəyə salın. Orada elə şeylər tapacaqsınız ki, başınız qarışacaq, vaxtın necə keçdiyini hiss etməyəcəksiniz.

*Kitabları əlifba sırası ilə düzüb rəfinizi səliqəyə salın.

*Evdə sulu boya varsa, rəsm çəkərək uşaqlıq illərinə qayıdın.

*Kağızlardan müxtəlif əl işləri hazırlayın. İnternetdən bu mövzuda çoxlu videolar tapıb yeni bacarıqlarınızı kəşf edə bilərsiniz.

*Evdə rahat oturarkən daha çətin şəraitdə yaşamağa məcbur olan digər canlıları da düşünün. Pəncərənin önünə çörək qırıntıları tökün, qapının önünə pişik yemi və bir qab su qoyun.

*Ən sevdiyiniz musiqini qoyun. Qəhvə və ya çay içərkən bir tərəfdən də mahnını zümzümə edin. Bu, stress və yorğunluğu atmağın ən yaxşı yoludur.

*Uzun müddətdir izləmədiyiniz ən sevimli filminizə yenidən baxın. Ev şəraitində qarğıdalı partladın. Özünüzə meyvə şirəsi çəkin.

*Qarderobunuza əl gəzdirin. Geyinmədiyiniz paltarları ayırıb ehtiyacı olanlara verin.

*Kompüter oyunlarını sevirsinizsə, yeni oyunlar kəşf edin. Vaxtınız boldur, istədiyiniz qədər oyun oynaya bilərsiniz.

Günü evdə keçirənlərə xoşbəxtlik ipucları

Bunlardan hanısını seçəcəyiniz tamamilə sizin öhdənizə buraxılıb. Əsas odur ki, vaxtı hədər verməyin, sizi mənəvi cəhətdən qidalandıracaq işlər görün.
Bütün bunlara baxmayaraq, hələ də yalnızlığı, təkliyi sevmədiyinizi düşünürsünüzsə, dostlarınızı qonaq çağırın, onlar əhvalınızı yüksəldəcək bir məşğuliyyət tapacaqlar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    men dolablara el gezdirirem her defesindede neyse diqqetimi ceken bir şey olur mamanida cagirib başimi qatiram..sonra qonşu pişiyi ile oynayiram...geceleride Quran oxuyuram boş olanda..yeni vaxt boşa getmir...ellerinize sagliq maraqli meqaledir
  2. Jessica
    Bunların çoxunun mən edirəm belə yağışlı havalarda divanda pişiyim çayıç və kitabım mənə əvəz olumazdı:)))
    Həmdə darıxmaq şeytan əməl idi hələ darıxdığım yadıma gəlmir mən əksinə vaxt öldürməyi yox vaxt dəyərləndirməyi sevirem maraqlı və bir o qədər faydalı xəbərdi
    Təşəkkürlər°•°
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.