Müsəlman İslam əxlaqına gözəl sözlə dəvət edər
İnsanları İslam əxlaqına dəvət etmək, onlara allahın varlığını və yaradılış dəlillərini izah etmək hər müsəlmanın məsuliyyətidir. allah "İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun!Bunlar, həqiqətən nicat tapmış şəxslərdir." (Ali-İmran surəsi, 104) ayəsiilə bu məsuliyyəti bütün müsəlmanlara bildirmişdir. allah ayələrdə bu dəvətin necə olacağını da bildirir:
İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır! (Nəhl surəsi, 125)
Xoş bir söz və günahları bağışlamaq əziyyətlə (minnətlə) verilən sədəqədən daha yaxşıdır. allah ehtiyacsızdır, həlimdir! (Bəqərə surəsi, 263)
Saleh möminlər “Onlar allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər.Onlar əməlisaleh şəxslərdəndirlər.” (Ali-İmran surəsi, 114) ayəsi ilə də diqqət çəkilən bu vəzifənin əhəmiyyətini dərk edirlər.Buna görə də ətraflarındakı hər kəsi, yaxınlarını, ailələrini və bütün insanları allaha iman etməyə, qorxub çəkinməyə və gözəl əxlaqı yaşamağa dəvət edirlər.Möminlərin bu gözəl xüsusiyyətləri Tövbə surəsində bu şəkildə xəbər verilir:
Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar.Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, allaha və Peyğəmbərinə itaət edərlər.allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir! (Tövbə Surəsi, 71)
Bu ayədən də aydın olduğu kimi, iman edən hər insan dünya həyatı boyunca davamlı gözəl əxlaqı təbliğ etməklə, özü yaşamaqla və insanlara gözəllikləri tövsiyə edib, onları pisliklərdən çəkindirməklə məsuldur.allah “Qullarıma de ki, ən gözəl sözləri danışsınlar…”(İsra Surəsi, 53) ayəsi ilə iman edənlərə gözəl sözlə danışmağı əmr etmişdir.Gözəl söz və pis söz İbrahim surəsində bu cür təsvir edilir:
Məgər allahın necə bir məsəl çəkdiyini görmürsənmi?Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir.O Rəbbinin izni ilə bəhrəsini hər vaxtverər. allah insanlar üçün belə misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar! Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir. allah iman gətirənləri dünyada da, axirətdə də möhkəm bir sözlə sabitqədəm edər. allah zalımları sapdırar. allah istədiyini edər! (İbrahim Surəsi, 24-27)
Gözəl yaşamaq istəyən gözəllikləri təşviq etməli, yaxşılıq istəyən yaxşılığı yaymaq üçün səy göstərməli, vicdanlı münasibətlər görmək istəyən vicdanlı olmağı tövsiyə etməli, zülmə razı olmayan zalımları xəbərdar etməli, qısası düzgünlük istəyən insan digər insanları da doğruya dəvət etməlidir. Dəvətedərkən hidayət verən və gözəl sözü qarşı tərəfə təsirli edənin ancaq allah olduğunu ağlından çıxarmamalıdır. allah Peyğəmbərimizin (s.ə.v.) də mükəmməl xarakterinin və üstün əxlaqının nəticəsi olaraq insanlara həmişə gözəlliklə davrandığını bildirmiş və onu bütün insanlara nümunə göstərmişdir.