Öldürmə məni!

08 Mayıs 2016
1 726
1
Öldürmə məni!
Öldürmə məni!

Bu yaxınlarda bir rəfiqəmin profilindəki şəkildə ana bətnində olan döl və onun gözlərindəki yaş təsvir olunmuşdu. Şəkilin üzərində isə şeir yazılmışdı. Şeiri oxumadan belə şəkil insanın qəlbini parçalayırdı. Qadın olan və analıq adını daşıyan hər yüz qadından doxsan doqquzu bu yolu keçib demək olar ki. Söhbət arzu olunmayan hamiləlikdən gedir.

Həyatda elə günahlar var ki, o bilərəkdən, elə günahlar da var ki, o bilməyərəkdən edilir. Bəzən maddi durum üzündən, bəzəndə məsuliyyətsizlik üzündən həkimə müraciət etmirik. Bu da sonucda istənilməyən hamiləliyə gətirib çıxarır. Hətta bu hamiləliyi bəzən istəyərək yaradıb, dölün müyyən olunmuş vaxta qədər bətnimizdə inkişafına şərait yaradırıq. Səbəb cinsiyyətin müəyyən edilməsidir. Cinsiyyət istədiyimiz olmayanda onun məhv olunmasına qərar veririk.

Dünyaya gətirdiyimiz hər uşağı qorumaq və böyütmək üçün min zəhmətə dözüb, min bir əziyyətə qatlaşırıq. Bu ona görədir ki, biz bu uşaqların yaşamasını istəyirik. Bəs ölümünə xitam verdiyimiz o körpələr kimindir, bizimki deyilmi?


Nədən canımızla qoruduğumuz bir varlığın başqa birini ya cinsiyyətinə görə, ya da tamamən istəmədiyimizə görə məhv edirik? Bunun cavabını necə və nə ilə verəcəyik?

Elə analar var ki, bunu etdiyi üçün vicdan əzabı çəkib, göz yaşı tökür, amma elə qadınlarda var ki, belə lazımmış kimi yalnız can ağrısının hayına qalır.

Anam dünyasnı dəyişərkən ona olan sevgimlə övladlarıma olan sevgimi muqayisə etdim. Və gördümki, ona olan sevgim, bağım daha güclüdür. Övladlarıma olan istəkdə isə məsuliyyət hissi daha çoxdur. Burdan belə nəticəyə gəlmək olar ki, övladlarımız bizi bizim onları sevdiyimizdən daha çox sevir. Belə olan halda artıq ürəyi, qan-damar sistemi formalaşan bir varlığı, doğma balamızı niyə öldürürük? Buna haqqımız varmı?

Həmin profildəki şəklin üzərindəki şerin son beytində belə bir fikir öz əksini tapmışdı. Ana, mən səni bircə dəfə görmək üçün cənnət qapısında gözləyəcəm. Hətta ona qəsd edən anaya belə cənnəti arzulayır övlad. Bundan böyük sevgi ola bilərmi?

Bu yazını daha çox qızlarımızın və hələki bu günaha batmayan gənc qadınlarımızın oxumasını istərdim. Onlardan xaiş edərdim və hətta yalvarardım ki, bu günaha girməyin. Ana ola biləcəyiniz qədər Ana olun!




Kifayət İsmayılova
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. sevgi^_^
    Oxudum cox xowm geldi tesirlidi :( Analarimizin qedrini bileh ve ana olacagimiz gunu gozleyeh ^_^ Allah bize bir ovlad nesb edirse bu ozu en boyuu xowbextlikdo uwagi olmayanlarda var yeni :( analari ve balari qorumag borcmuzdu
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.