Sənə Sənsiz olmanın ölümdən betər olduğunu söyləyə bilərəm...

13 Ekim 2014
1 914
0
Sənə Sənsiz olmanın ölümdən betər olduğunu söyləyə bilərəm...
Sənə Sənsiz olmanın ölümdən betər olduğunu söyləyə bilərəm...

Əgər bir gün tək olduğunu düşünsən, Gecələr yuxusuz qalsan,
Xəbər yolla, Sənə Xəyallarımı gətirərəm.
Əgər bir gün dağılarsa dostların dörd bir yana, Bənzərsə sevdiklərin köçmən quşlara,
Doysan bir gün saxta dostluqlara, Sənə əbədi Dost olaram.
Əgər bir gün bitərsə həyatdan gözlədiklərin, Tərk edərsə Səni sevdiklərin,
İstidə buz kimi əriyərsə ümidlərin, Sənə Ümid olaram...
Əgər bir gün Mələkləri görmək istəsən, Səsləsən gəlməsələr, Söylə Mənə...
O Mələyin Sən olduğunu göstərim Sənə...
Əgər bir gün hər şeyi buraxıb getməyi düşünsən, Qorxma, Səslə Məni.
Səni saxlamağa gücüm yetməz bəlkə də, Amma Səninlə gələ bilərəm...
Əgər bir gün ölməyə qərar versən, Söylə mənə.
Sənə Sənsiz olmanın ölümdən betər olduğunu söyləyə bilərəm...
Əgər bir gün dəyər verilməzsə sevginə, Heç kim baxmazsa o sevdiyim üzünə,
Gülüb gedərlərsə könlündəki sevda izinə, Sevdan Məndə bitməz!
Ən Son Mənə GƏL...
Amma, əgər bir gün Məni səslər. Və heç bir cavab almazsan.
Həmin an Məni görməyə GƏL! Bəlkə də Mənim Sənə ehtiyacım var.
Geciksən nə olacağını düşün də, GƏL! Xoşbəxt olacağımı düşün.
Əlində güllərlə, GƏL! GƏL! Qəbrimə GƏL!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.