İblis (lən) – insanın and içmiş düşmənidir

05 Aralık 2014
1 538
0
İblis (lən) – insanın and içmiş düşmənidir
İblis (lən) – insanın and içmiş düşmənidir


İblis (lən) – insanın and içmiş düşmənidir. Ona görə də hər an onu izləyir və ona zərbə vurmağa hazırlaşır. İnsan da gərək bu döyüş meydanında əliboş olmasın. Onun da mübarizə üçün silahları olmalıdır. Əks halda şeytan fürsəti qənimət bilib, onun dünya və axirətini məhv edə bilər. (Tebyan) Bu silahlarla tanış olaq: 1. Allaha pənah aparmaq. “Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm». Quran. 2. Allahı zikr etmək. “Şübhəsiz, təqvalı olanlara şeytandan bir vəsvəsə yetişsə, (ya qəlblərdə dolanan bir şeytan onların fikirlərinə zərər-ziyan yetirsə, dərhal) (Allahı yadlarına salaraq) özlərinə gələr və onda gözüaçıq olarlar”. (“Əraf” 201). 3. Allaha təvəkkül etmək. “Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur”. (“Nəhl” 99). 4. Niyyətin xalis olması. “(İblis) dedi: «İzzətinə and olsun ki, onların hamısını (kökü kəsilənə kimi Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla»”. (“Sad” 82-83). 5. Yalvarış. “Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar”. (“Əraf” 94).



R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.