Güzəşt-böyük insanların zinətidir
İctimai və fərdi həyatda çox az insan tapmaq olar ki, eybsiz olsun, büdrəmələrdən amanda olsun. Əgər belə bir insan tapılsa belə, çox nadir hal olar. Çünki insan daima öz heyvani və ali insani meyllərinin keşməkeşindədir. Hər bir gördüyü işdə bu iki qüvvə bir-biri ilə mübarizə aparar.
Ona görə də gözləmək lazım deyildir ki, insanın bütün işləri yaxşı və bəyənilmiş olacaqdır. Hər bir insan öz tutumuna görə az və ya çox büdrəyir. Bu büdrəmələdən gələn ziyanın hamısı insanın özünə aid olmur. Bəlkə başqalarının ətəyindən də yapışır. Onların mənafeyini təhlükəyə atır. (Tebyan)
Əgər bütün günahkarları cəzalandırmaq qərara alınsaydı, hər kəs başqasının əziyyətinin əvəzini vermək istəyər, gec və ya tez ondan intiqamını alardı. Bəs bu zaman nə baş verərdi? Dünya həyatı kindən, qəzəbdən yanan bir cəhənnəmə çevrilərdi.
İslam dini insanların arasındakı münaqişələri aradan qaldırmaq, ictimai rahatlığı bərqərar etmək üçün hamını əfv və güzəşt etməyə dəvət edir. "Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır".
("Nur" 22).
Allah Təala Həzrət Peyğəmbərə (s) xitab edərək, buyurur: "Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama)".
("Əraf" 199).
Həzrət Peyğəmbər (s) möminlərin nümunəsi və örnəyidir. İlahi əmrlərə həmişə əməl edərdi. Ona edilən zülmlərə görə heç bir zaman intiqam almazdı. Məgər o halda ki, İslam dininin hüquqları tapdalanardı. Bu zaman Allahın razılığı üçün intiqam alardı.
İmam Əli (ə) buyurur: "Güzəşt - böyük insanların zinətidir".
Bu bəyənilmiş sifət qəlbdə olan kin və küdurəti aradan aparar. Səbəb olar ki, düşmən kinindən əl çəksin və dostluğa üz tutsun.
İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Dünya və axirətin ən üstün əxlaqını sizə deyimmi? Sənə zülm edən kəsə güzəşt etmək, səninlə əlaqəsini kəsənlə əlaqə yaratmaq, sənə pislik edənə yaxşılıq etmək, səni məhrum edənə bəxşiş etmək".
Əfv və güzəşt ictimai rabitələri genişləndirmək üçün bəyənilmiş əməllərdəndir. Allah buyurur: "Əgər (qisas və bu kimi məqsədlərlə) cəzalandırsanız (cəzalandırmaq istəsəniz) onda, məruz qaldığınız haqsızlıq miqdarında cəzalandırın. Əlbəttə əgər səbir etsəniz (tamamilə bağışlasanız, yaxud cəzanı yüngülləşdirsəniz) şübhəsiz bu, səbir edənlər üçün daha yaxşıdır".
("Nəhl" 126).
O kəsin ki, əfv etmək ruhiyyəsi yoxdur, insanlarla dava və münaqişə edər. Düşmənçəsinə münasibət nümayiş etdirər. Nəinki yalnız öz həyatındakı rahatlığı aradan aparar, həm də çox sayda günahlar edər və böyük cinayətlərə düçar olar.
Ona görədir ki, İslam dini səbri, güzəşti təqvanın sifətləri sırasında zikr etmişdir. Peyğəmbər (s) buyurur: "O kəsdə ki, bu üç sifət olmaz, heç bir əməli kamil olmaz. O təqva ki, onu Allaha itaətsizlikdən saxlayar, gözəl əxlaq ki, insanlarla yaxşı rəftar edər, mülayimlik ki, nadanın nadanlığını dəf edər".
Başqa bir tərəfdən isə İslam dini insanların arasındakı məhəbbət və qardaşlığa xüsusi əhəmiyyət verir. Belə ki, icazə vermir ki, iki müsəlman bir-biri ilə uzun zaman küsülü qalsınlar.
Hədislərin birində oxuyuruq: "(O zaman ki, iki nəfər bir-birindən küsər), hər kim qardaşı ilə ilk söhbətə başlayarsa, Qiyamət günü daha tez behiştə daxil olacaqdır".
İnsanların günahını bağışlamaq nəinki İlahi rəhməti cəlb edər, İlahi məhəbbətin də cəlb olmasına səbəb olar. İnsanı Allah dostlarının sırasında qərar verər.
İlahi sevgi məqamına çatmaq həqiqətdə çox sayda kamala çatmaq deməkdir. Allah yaxşı iş görənləri sevər. Çünki yaxşı əməl dava və münaqişələri aradan qaldırar. Cəmiyyətdə sevgi və məhəbbəti yayar. Bu yolla hər kim Allahın sevimlisi olarsa, insanlar da onu sevər.

R.t..Zemichka