Normal yuxu neçə saat olmalıdır?

18 Ocak 2015
4 885
0
Normal yuxu neçə saat olmalıdır?
Normal yuxu neçə saat olmalıdır?

Normal yuxu neçə saat olmalıdır?
ABŞ-ın Qərbi Virciniya Universiteti tibb mütəxəssislərinin yuxu ilə bağlı apardıqları əhəmiyyətli bir araşdırmanı təqdim edirik. İndiyədək bu məsələ barədə çox fikir ayrılıqları olub: insan gün ərzində neçə saat yatmalıdır? Əvvəllər belə hesab olunurdu ki, insan sutkanın 8 saatını yuxuda keçirməlidir. Amma indi ABŞ alimlərinin apardığı son araşdırmalar nəticəsində məlum olub ki, insan gün ərzində 7 saatdan artıq və ya əskik yatarsa bu bir çox xəstəliklərə səbəb ola bilər. Amerikalı alimlər ölkədə geniş yayılan ürək-damar xəstəliklərinin əsas səbəblərindən birinin məhz normal yuxu rejiminin pozulması olduğunu bildiriblər.

Qərbi Virciniya Universiteti tibb mütəxəssislərinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, 5 saatdan az yatan insanlarda damar xəstəlikləri, infarkt ehtimalı bir neçə dəfə artır. Həmçinin o da məlum oldub ki, gün ərzində 9 saat və daha çox yatanlarda da ürək-damar xəstəlikləri riski 7 saat yatanlardan 1,5 dəfə çoxdur. 6 saat və ya 8 saat yatan insanlarda da xəstəliklərə tez tutulma meyli var. Alimlər sutka ərzində yalnız 7 saat yuxunun faydalı olduğunu qeyd edir.


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.