"Həqiqətin özü"

24 Nisan 2015
1 847
0
"Həqiqətin özü"
"Həqiqətin özü"



Bəzən bir cür hisslərin qurbanı oluram istənilmədən.Bəzən özümə yazığım gəlir və gözlənilməz bir anda uşaq kimi kövrəkləşib ağlamaq istəyirəm.Sanki çox şey unutmuşam,çox şey itirmişəm və indidə onun əzabını çəkirəm.İlk dəfədir ki, keçirdiyim bir hissə görə özümü, özümə borclu bilirəm. Həqiqətən anlamaq çətindir bu yazıları,bu çətinlikləri. Mən hələ şahidi olmamışdım ki, bir duyğuya görə, yüz mahnının qarğışı üstünə tökülər.Bu gün, bu gecə şahidlik etdim, amma təəssüf ki, özüm-özümə şahidlik etməli oldum.Çünki onları tək mən hiss edirəm, çünki tək mənə ağrı çəkdirir.
- Hardadır axı dünənki uşaqlar?!
- Həmin insanlara qayıtmaq istəyirəm,həmin zamana yox. Çünki zaman heç vaxt dəyişmir,insanlar böyüyür və unudulur xoş gülüşlər.Heç vaxt böyüdüyüm üçün fəxr etməmişəm.Axı kim kiçilməyi ilə fəxr duyar?!
- Qapalı hisslər əhatəsində,məftilli tikanlara ilişib, hərəkətsiz qalmaqdayam.Daha,yıxıldıqdan sonra ağlayıb, anamı çağıra bilmirəm, məni yenidən əzizləyib sakitləşdirsin deyə. Çünki böyümüşəm. Ətrafıma fikir vermədən, gülünc bir hadisəyə doyunca qəh-qəhə çəkib, ürəkdən gülə bilmirəm. Çünki cəmiyyətin bir üzvü olmuşam.Yenidən gözəl bir qıza aşiq olub,şeir yaza bilmirəm, çünki aldanmışam!
- Və çünkilərin sayəsində itirmişəm, köhnə məni, öz adamımı.illər məni məndən uzaqlaşdırdıqca, məndə qış fəslinin gözəlliyini içimdən uzaqlaşdırıb, prablemli fəsil adlandırmağa məcbur oluram. Halbuki, fəsillər, qarşılıqsız sığallar mənim bir parçam idi. İnsan böyüdükcə parçasını itirmir, sadəcə cəmiyyətə qoşulub kütlənin bir üzvü olur. Düzdü, həyat çətinliklərlə yadda qalır, amma hər çətinlikdə yaxın bir hissimizi itirəcəyiksə, bu acının nəyini xatırlamağa dəyər?!
- Bir sinif irəlləyib, növbəti sinifə keçəndə və məktəb açılmasına sayılı günlər qalmış, yeni dərs kitablarını alıb onları qoxlayanda, niyə doymurduq?
Çünki bilirdik əvvəl-axır bizdə böyüyəcəyik. Kitab nə qədər yenilənir yenilənsin, biz böyüdükdən sonra o qoxunu hiss edə bilməyəcəyik. Kitabları, o səhifələri geri qaytara bilərik, amma köhnə günləri əsla. Yalnız bir zamanda, həmin anda, o doğma, o qayğılı iyi, həmin kitabların üstündən gələr.
- Ola bilər ağıl yaşda deyil, başda olsun, amma əsl yaşanılan həyat uşaqlıqda olur, buna adım kimi əminəm. İnsan böyüyüb dəyişdikcə, ətrafındakılarda böyüyüb, dəyişilməyə başlar. Böyüdükdən sonra yenidən o günəşi görə bilərsən, amma o günəşi Allah yaradıbdır, deyə əmin olduğun fikirlərə sadiq qala bilməzsən.Çünki hər kəs böyüdükdən sonra, ən azı bir dəfə ürəyində özünə sual verib: "Görəsən Allah varmı?"
- Əvvəllər Allaha inanmıyan birinədə inanırdıq. Çünki əmin idik ki, onuda Allah yaradıb və oda nə vaxtsa bunu dərk edəcək. Hər hissin bir gözəlliyi vardır, amma hər gözəlliyi bir hissi olmur. Hər Allaha inanında bir Allahı vardır, amma heç Allaha inanmayanların bir neçə Allahları mövcuddur. İblis, şeytan və.s kimi, adəmdən aşağı olan od məxluqları!

"Nəyi unudursuz unudun, uşaqlıq illərinizi əsla unutmuyun. Çünki o dövürdə bütün yaxınlarınız yaşayıb, həmçinin hisslərinizdə".


"Həqiqətin özü"- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.