“Başına qoyduğun papağı fikirləşirəmsə...” – Elnarə

16 Mayıs 2015
1 358
0
“Başına qoyduğun papağı fikirləşirəmsə...” – Elnarə
“Başına qoyduğun papağı fikirləşirəmsə...” – Elnarə


“Başına qoyduğun papağı fikirləşirəmsə...” – Elnarə
Xanəndə Elnarə Abdullayeva qızı ilə oğlunun tərbiyəsindən danışıb.

Feat.az-ın məlumatına görə, “İncə maraqlar” verilişinin qonağı olan müğənni vaxtilə onları çox döydüyünü etiraf edib:


“Əvvəl “bunu niyə eləməsin” deyib bir sillə çəkirdim. Amma indi deyirəm ki, sizin daha döyülən vaxtınız deyil. Mənim əməllərimə baxıb onu örnək saymalısınız. Heç kimdən, hətta qonşudan da nümunə götürməyin. Yalnız mənə baxın. Mən nə lazımdır, onu edirəm. Bu yaxınlarda oğlum dedi ki, sinif yoldaşları ilə gəzməyə getmək istəyir. Qoymadım. Onu başa saldım ki, insan istədiyi vaxt istədiyini edə bilməz. Cürbəcür adamlar müxtəlif yollarla qazandıqları pulu göyə sovurub, fərqli şeylərə xərcləyirlər. Dedim, sən sabah bir evin ağsaqqalı olacaqsan. Mən ana kimi sənin başına qoyduğun papağı fikirləşirəmsə, sən də məni düşünməlisən. Kim olursan ol, özbaşına iş görməməlisən”.

“Başına qoyduğun papağı fikirləşirəmsə...” – Elnarə

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.