"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫

29 Mayıs 2015
17 254
0
"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫
"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫
"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫

Bugün, 29 may "SON ZƏNG" günüdür... Hərkəs arzulayırki "bircə məktəbi qurtarsaydım canım qutarardı..=)". O an yetişir, məktəb qurtarır və heçkim qurtarmasını istəmir... Hərkəs kövrəlir o gün, istər müəllimlər, istərsədə şagirdlər... Uşaqlıq anları yadımıza düşür, etdiyimiz dəcəlliklər, 2 alarkən ağladığımız anlar..=) Sanki o gün, hərkəs sırf yenidən məktəbə qayıtmaq üçün 2 almağı belə gözə alır... Təki o günləri bir daha yaşasınlar deyə... Lakin biz bunu məktəbdə oxuyarkən anlamırıq, yalnız o günü gördükdə hər şey bizə məlum olur... Musiqidədə qeyd olunduğu kimi: "Məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri..."...Məktəbi bitirməkdə asan iş deyil... Onun üçündə bütün məzunları təbrik edirəm, qoy bu "SON ZƏNG" müstəqil həyatımızda olan uğurların başlanğıcı olsun... Hələ məktəbli olanlara isə bunu demək istəyirəm ki, "Bu gözəl illərimizin qiymətini bilək! Bu anlar bir daha geri qayıtmayacaq..."


Hər gün səkkizdə oluruq dərsdə.
Bilirəm müəllim olacaq dərsdə.
Nə qədər yalvarsaq, gəlməsin deyə,
Bəxt denən o sodə yoxduki bizdə,


Məktəbə getdiyim məndən uzaqdır. İnsan ömrü bir vaxtlar əlifba dərsliyində yarışdığımız gün saatları kimi durub dayanmadan illərlə birgə axıb gedir. Bəzən gecikdiyimiz dərslərin həyəcanı , bəzən də etdiyimiz şıltaqlıqlar ürəyimizi daha sürətlə döyündürən o xatirələr bu gün kinokadrlar kimi xatirəmizin ekranına köçür. Bəlkə də maraqlı lakin indi bizdən xeyli uzaqda qalan bir həyatdan söhbət açan kinokadrlar kimi.... Bu gün bu vida bu “Son zəng” bizim həyatın yeni mərhələlərinə atılmağımızın başlanğıcıdır. Gənclik- duymaq, sevmək, sevilmək deməkdir. Bütün tər çiçəklər baharda baş qaldırdığı kimi xoş arzular, duyğular dünyası da ömrün bahar fəsli olan gəncliklə bağlıdır. Ömür səhifələrini vərəqlədikcə ömrünün hansı fəsli olursa olsun yenidən o məktəb, gənclik illərinə qayıdır, onun hərarətini qəlbində hər zaman duyursan.
"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫
Bəxtimiz açılsın gəlməsin dərsə.
Deyərdik bunları, bir zaman bizdə.
Artiq bu sozləri deyə bilmirik,
Məktəb illərinə sağol deyirk.



"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫
Gənclik eşqi ilə döyünən qəlbimizin dərinliyində məktəb illərinin mənalı, şirin xatirələri ilə dolu olan günləri gizlənib. Arzu edirəm ki arzular qanadında yaşatdığımız pərvazlanmağa hazırlaşan arzularımız heç zaman puç olmasın..Heç bir arzumuz xəyallar qoynunda yaşatdığımız ümidlərin son hicran akordlarına çevrilməsin. Səsimiz ali təhsil ocaqlarının auditoriyasından gəlsin. Bu ilin məzunlarına uğurlar arzulayıram.
"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫

Nə bilirdikki, illər ötəcək,
Uşaqlıq illəri gəlib keçəcək.
On bir il yaşayıb boy atdığımız.
Bu məktəb illəri sona yetəcək

"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫

Həyata insan gəlir..bapbalaca bir insan. Bu balaca bir varlığın dünyaya gəlməsinə bütün qohum-əqrəba, nənə-baba, ata-ana sevinir..
Bəli,həmin balaca insan yavaş-yavaş böyüyür, uşaqlıq illərinə qədəm qoyur. Ona cürbəcür oyuncaqlar alınır, onun əlindən tutub bağçaya aparırlar. Bu balaca insan öz uşaqlıq aləmini yaşayır. İllər keçir uşaq məktəb yaşına çatır, onu məktəbə aparırlar..
Budur ilk zəng..cingiltili səsi ilə səslənən ilk zəng..Bu ilk zəngin səsi o dərəcədə təsirlidirki, hətta uşağını 1ci sinifə gətirən valideynlər də bu səsin təsirindən kövrəlirlər..Bəzilərinin göz yaşlarını görmək olur..Çünki onlar da haçansa bu zəngin səsi ilə doğma məktəbə qədəm qoyublar..
"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫

Sanki bir dəftərdi məktəb illəri,
Birinci sinifən verilmiş bizə.
On bir il yaşayıb gördüyümüzü,
Bəyaz səhifəsinə yazmışıq bizdə.


Son Zəng necə də təsirli səslənir..Biz bu zəngin səsini ilk dəfə eşidəndə bilmirdikki uşaq yaşlarından tutmuş gəncliyimizin ilk çağlarına qədər burada tərbiyə alacağıq. Müəllimlərin öyüd və nəsihətləri ilə böyüyəcək, həyatın mənasını anlamağa başlayacağıq...
I sinifə gələndə qürur duyurduq..çünki özümüzü hamıdan ağıllı, hamıdan böyük hesab edirdik və hər şey bizim üçün çox asan gəlirdi..Lakin hələ bilmirdik ki, bu həyatın yolları necə də keşməkeşli, necə də işıqlı-qaranlıqdır...
Dönüb arxaya baxmaq, şagird olmaq və bir də 11 ildə keçirdiyim məktəb həyatını qaytarmaq istərdim...
"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫

Kimi gözəl xəttlə yazdı dəftəri,
Kimi qaraladı atdı kənara,
Kimidə boş qoydu bu səhifələri,
Kimidə rənglədi, bəzədi onu.


Bu gündən etibarən sən məktəbdə oxuyan şagird yox, artıq müstəqil Azərbaycanın azad gənclərinə çevrilirlər.
Arzu edirəm ki, məzun adından sonra tələbə adına layiq olsunlar.Bütün onbirinciləri təbrik edir, qüdrətli vətənimizin bundan sonrakı inkişafında onların da üzərinə böyük vəzifələr düşdüyünü bildirib, müstəqil həyatda xoşbəxtlik və uğur arzulayıram :)
"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫


Artıq bu dəftərin son səhifəsinə,
Son sözü yazmağın vaxtı gəlibdi.
Bir azdan məktəbi təhvil veririk
Əlvida deməyin vaxtı gəlibdi.


Suala bir cavab düşündükcə mən,
Özüm də bilmədən gözlərim doldu.
Bu sirli sualın sirli cavabı_
“Məktəb 11 illik bir ömür”oldu.

59
İndi isə söz sizdədi Feat.Az ailəm! Buyurun məzunlarımızı sizlər
də təbrik edin!

"Son Zəng"iniz mübarək əziz Məzunlar! ♫

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.