Həyatlarını qurban verən "Qatillər"

21 Temmuz 2015
1 659
0
Həyatlarını qurban verən "Qatillər"
Həyatlarını qurban verən "Qatillər"


Həyatlarını qurban verən "Qatillər"


__________________________________Cəsədlərlə dolu bir tabuta baxıram.Bu tabuta xeyli cəsəd yerləşir.Özüdə bu cəsədlər qatillərdir.Öz tapşırığını yerinə yetirib həyatlarına vida edən qatillər.İlk baxışdan qatil deyil,tamam başqa bir həyat,ləzzət kimi görsənən qatillərin adı ümumi şəkildə "SİQARET"dir.İnsan elə bilir ki,hər barmağı boyda olan zibili çədikdə onun qatili sayılır.Ancaq anlamır ki,həmin barmağı boyda olan milyonlarla cəsəd bu cəsədləri yaradanın cəsəd olma vaxtını tezləşdirir.
_______________________Hər insan öz istəyinə uyğun qatilini seçir.Siqareti yaratdıqdan sonra fikirləşiblər ki,kiminsə zövqü başqa ola bilər,qoy bunların tamlarını dəyişək və hərəsinə başqa-başqa ad qoyaq.Və beləliklə də müxtəlif qatillər yaranıb.
Gecə vaxtı bir kişi vəfat edir.Üzərində heç bir işgəncə izi və ya vəfat etmə səbəbi yoxdur.Tibbi ekspertizaya göndərilən cəsəd ekspertizadan keçdikdən sonra məlum olur ki,cəsədin ölüm səbəbi "Malbro"dur.Yəni qatil siqaretdir.Yox bir qatil yoxdu burada.Yüzlərlə,minlərlə və hətta milyonlarla cəsəd olan qatillər insanın ölümünə səbəb olub.Bəs günahkar kimdir?Bəs həbs olunmalı kimdir?Ekspertiza çarpayısına uzadılmış cəsədmi,zibilliklərdə yoxa çıxan milyonlarla qatilmi,həmin qatillərin davamçılarımı,yoxsa "Siqaret çəkmək sizin sağlamlığınıza ziyan vurur" deyən Səhiyyə Nazirliyimi?


İmza:Fariz
16 yaşımda atamın öldürdüyü qatillərin tabutuna,yəni kül qabına baxarkən düşündüklərim...Və elə indicə siqaretə nifrətimin növbəti səbəbi yaranır.Axı onların hər biri atamın qatilidir?!


Həyatlarını qurban verən "Qatillər"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.