Ehramlarının daş parçalarının sirləri

04 Ağustos 2015
1 784
0
Ehramlarının daş parçalarının sirləri
Ehramlarının daş parçalarının sirləri

Misir ehramları hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda ağlabatmayan fərziyyələr irəli sürülüb. Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə - fironun doğum və taxtaçıxma günlərində düşür. Ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir.

Piramidalar haqqında hələ elmə niyə belə olduğu məlum olmayan faktlar:
- Ehramın daxilində 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür.

- Kəsik, yanıq, sıyrılma yaraları həcmi böyük ehramların daxilində daha tez sağalır.

- Ehramların içərisi yayda soyuq, qışda isə isti olur.

- Mumyalarda çox yüksək radiasiyanın olmasına görə, onu ilk tapan 12 nəfərlik heyətin hamısının xərçəng xəstəliyindən öldüyü açıqlanıb.

- Piramidaların içində ultra-səs, şüa və radarlı cihazlar işləməkdədir.

- Piramidalarln içinə çirkli su qoyduqda, bir neçə günə suyun təmiz hala gəldiyi müşahidə edilməkdədir.

- Piramidanın içində süd, çürümədən bir neçə həftə qala bilir.

- Bitkilər piramidanın içində daha tez inkişaf edir.

- Zibil qapı, içindəki yemək qalıqları ilə, piramidanın içinə qoyulduqda, iy vermir və xarab olmaq əvəzinə özü-özünə mumyalaşır.

- Piramidaların tikintisi, ehtimallara görə 20 və yaxud da 30 il çəkib. Maraqlısı budur ki, texnikasız ağır daşları necə üst-üstə qoymaq mümkün olub?

- Böyük piramida ilə dünyanın mərkəzinə qədər olan məsafə, cənubla qərb arasındakı məsafəyə bərabərdir. Bundan əlavə, cənubdan dünyanın
mərkəzinə qədər olan məsafə də, böyük piramidalarla eyni uzaqlıqda yerləşməkdədir.

- Misir piramidaları, dünya xəritəsini müstəvi üzərinə çevirdikdə, xəritənin təqribi mərkəzinə düşür.
Ehramlarla bağlı müxtəlif riyazi rəqəmlər mövcuddur. Onların bir neçəsini sizlərə təqdim edirik:
a. Giza ərazisindəki üç ehramın bir-birinə nəzərən yerləşmə şəkli Pifaqor üçbucağı formasındadır, yəni, ehramlar bu xəyali üçbucağın təpələrini əmələ gətirir. Üçbucağın yanlarının bir-birinə nisbəti isə 3X4 və 3X5-dir.
b. "Nəhəng ehram" dördkünclüdür.
c. Xeops ehramının hündürlüyünü bir milyard rəqəminə vursaq, alınan rəqəm təxminən Günəşlə Yer arasındakı məsafəyə bərabər olacaqdır: 149 504 000 km.
d. Ehramları xəyalən kəsib keçən meridianlar Yer kürəsinin quru və su ərazilərini iki bərabər hissəyə bölür.
e. Xeops ehramının ətraf yanlarının uzunluğu hündürlüyünün iki mislinə bölündükdə P=3.14 alınacaqdır.
f. Giza ehramları arasında ən alçaq ehram olan Mikerin ehramı isə 62 metrdir və firon Xefrenin oğlu üçün tikilmişdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.