Dünyanın ən qorxunc turistik yeri {Fotolarla}
\\ ! .. Dünyanın ən qorxunc turistik yeri .. ! //
`İspanca La Isla de la Munecas' yəni Azərbaycan dilində 'Oyuncak Körpə Adası' olaraq bilinən bu ada Meksika sahillərinə yaxın ərazidə yerləşir....Bu ada görünüşü ilə qorxu filmlərini xatırladır. Çünki adanın hər tərəfində çirkli paltarları, dolaşıq saçları, sınmış qol və ayaqları olan, gözləri çıxmış yüzlərlə oyuncaq var.
Bu ərazi bir vaxtlar Don Culian Santana adlı bir əkinçiyə məxsus imiş. Əfsanəyə görə, 1950-ci ildə adada yaşayan kiçik qız uşağı yaxınlıqdakı kanalda boğulub öldükdən sonra onun ruhu Santananı narahat etməyə başlayıb. Buna görə də Santana özünü ruhlardan qorumaq üçün zibilliklərdən və küçələrdən oyuncaq körpələri yığıb ağaclara asmağa başlayıb. 50 ildən çox müddət ərzində burada 1500-dən çox oyuncaq toplanıb. Adanın girişində asılmış oyuncaq körpələrin ən köhnəsi çürüməkdə olan uşaq bədənini xatırladır.
Məqsədinin buradakı kanalda boğularaq ölən uşağın ruhunu şad etmək olduğunu deyən Santana nəticə etibarilə çox sayda turistin dəhşətli dərəcədə qorxmasına səbəb olmuşdur.
Bu gün turist axınının çox olduğu ada 2001-ci ildə dünyasını dəyişən Santananın əmisi oğlu Anastasio tərəfindən idarə edilir. Anastasionun dediyinə görə, kiçik qızın ruhu hələ də adadadır və bu səbəblə də oyuncaqları yığışdırmayıblar. O, iddia edir ki, oyuncaqlar gecələr canlanır və başlarını tərpədərək bir-birinə nəsə pıçıldayırlar. Anastasio artıq buna öyrəşdiyini və əvvəlkitək qorxmadığını bildirib.