Qız övladı böyüdən valideynləri dəhşətə gətirəcək sosial eksperiment - VİDEO

28 Ağustos 2015
1 520
5
Qız övladı böyüdən valideynləri dəhşətə gətirəcək sosial eksperiment - VİDEO
Qız övladı böyüdən valideynləri dəhşətə gətirəcək sosial eksperiment - VİDEO


Sosial eksperimentin nəticəsinə uyğun olaraq deyə bilərik ki, mövcud zamanda yeniyetmə qız və oğlan uşaqlarının valideynin nəzarəti olmadan sosial şəbəkələrdən istifadə etməsi nəyin ki, təhlükəli, hətta yolverilməzdir.

ABŞ-da yaşayan gənc bloggerlərdən biri sosial şəbəkələrin gənc və yeniyetmə qızların həyatı üçün hansı təhlükələr yaradaca biləcəyi ilə bağlı maraqlı eksperiment keçirib. Belə ki, o ilk öncə özünə profil fotosunda yaraşıqlı oğlan şəkilə yerləşdirərək saxta profil açıb və bundan sonra bir neçə yeniyetmə qızla tanış olmağa başlayıb.

Dialoq zamanı qızların hər birinin könlünü sözün əsl mənasında aldıqdan sonra, onlara görüş təyin edib. Görüşdən öncə isə danışdığı qızların valideynləri ilə əlaqə saxlayaraq, övladlarının nə dərəcədə belə bir iş görə biləcəyini soruşub. Valideynlər isə öz növbələrində qızlarına inandıqlarını və əminliklə övladlarının görüş yerinə gələ bilməyəcəklərini söyləyiblər. Amma yeniyetmələrin hər biri deyilən zamanda valideynlərinin evdə olmadıqları zamandan istifadə edərək görüş yerinə gəliblər.

Sosial eksperimentin nəticəsinə uyğun olaraq deyə bilərik ki, mövcud zamanda yeniyetmə qız və oğlan uşaqlarının valideynin nəzarəti olmadan sosial şəbəkələrdən istifadə etməsi nəyin ki, təhlükəli, hətta yolverilməzdir.

Onu da qeyd edək ki, bu günə qədər Azərbaycanda da sosial şəbəkədən istifadə edən yeniyetmələr digərlərinin şikarına çevrilərək, bədbəxtçiliklərlə üzləşiblər. Sözügedən sosial eksperimentin görüntülərini sizlərə təqdim edirik:




RƏYLƏR
  1. Jessica
    Olduqca maraqlı vdeiou o oğlana haladı Vallah bele insanlar çox azdı necedüzgün bir şekilde başa salıb ancaq o qızlarda ayilelerin güvenlerin boşa çıxarmayaydılar gerek aoleleri nece inkar edirki ol bilmez amma oldu mene en çox tesir eden 12-yaşıdankı qız oldu o ne bilir sevgi nedi men o yaşda olanda bukunun içde kişmiş axtarırdım
    Maraqlı vdeio uçun teşekkürler
  2. Nastinko
    Allah uzağ eləsin. Mən heç bir sosial şəbəkədə yoxam BURDAN BAŞQA 020
  3. crazy_reniw
    bizden uzaq olsun men fece ok.ru ya hec bir sosiyal sebekele girmirem....

    bele seyler etmemekucun insanin ilk once oz vicdani olmaladir girirsensede taniwliq ucun yoxxx taaaaaa
  4. SEHRI
    • SEHRI
    • 28 Ağustos 2015 19:31
    Sosial şəbəkədən istifadə etmək pis bir şey deyil amma baxır necə.Məncə bu xəbər yeni yetmələrə bir dərs olsun və qorxsunlar ki başlarına pis bir hadisə gələ bilər.
    BİRŞEYİ unutmayın ki heçkim sizi sosoial şəbəkədə həqiqətən sevib saf niyyətlə sizlə münasibət qurmaz.
  5. ♔Fidanka♔
    Sosial sebekelere girmek olar ama sirf tanisliq meselesinen yoxki Allah bele weyleri bizim qizlardn uzaq tutsun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.