Evinizi payıza hazırlayın - FOTOLAR

07 Kasım 2015
2 674
4
Evinizi payıza hazırlayın - FOTOLAR
Evinizi payıza hazırlayın - FOTOLAR

Evinizi payıza hazırlayın - FOTOLAR

Payız ilin ən romantik fəslidir. Həzin payız günlərində evdən bayıra çıxmaq istəməyərək romantik əhvala köklənməyimiz də məhz fəslin xarakterindən irəli gəlir. Odur ki, bütün gün evdə oturub qarşında bir fincan isti qəhvə ilə bəyəndiyin yazarın hər hansı bir əsərini mütaliə etmək istəyirsən. Ancaq o şərtlə ki evin də dekorasiyası da mövsümün və sizin əhval-ruhiyyənizə uyğun olsun.

Odur ki, evinizi payız üslubunda bəzəyin.


Beləliklə, yay dekorasiyasında mavi və bəyaz kimi açıq rənglər istifadə olunurdusa, payız aylarında qırımızı, narıncı və qəhvəyinin müxtəlif tonları hakimdir.

Payızın rəmzi
İfritələr bayramı oktyabr ayının son gününə təsadüf etdiyi üçün balqabaq həm də payızın rəmzi sayılır. Ümumiyyətlə, balqabaq aksessuarları dekorasiyada yeni dəb tendensiyası deyil. Ancaq builki balqabaq aksessuarları çox orijinal və müxtəlif rənglərdə təqdim olunub. Məsələn, tutqun-qızılı, qızılı və ya gümüşü naxışlar çox effektli görünür.

Şirniyyatları qapağı bəzəkli bankalara qoyun
Əvvəllər bankalar qışa tədarük görmək üçün istifadə olunurdusa, onlar indi aksessuar funksiyasını da yerinə yetirirlər. Məsələn, şirniyyatlar bəzəkli qapağı olan bankalarda çox effektli dekor kimi görünürlər. Xoşbəxtlikdən bu ideyanı həyata keçirmək heç də çətin deyil.

Payız təamlarının qoxusu...
Süfrə və mətbəx payızda əsas yer tutur. Bu da o deməkdir ki, masaları da bəzəksiz qoymaq olmaz. Odur ki, masanın üzərinə quru meyvələr, yarpaq və çiçəklər, o cümlədən səbətdə və ya qabda mövsüm meyvələri qoyun. Arzu edənlər qurudulmuş yarpaq və budaqların yanında şam qozalarından da istifadə edə bilər.

Qəhvəyi rəngin tolarından ilham alın
Süfrələri, pərdələri, yastıqları kirəmit rəngində, qəhvəyi tonlarında seçin. Qəhvəyi tonları solğun yaşıl rəngli vaza və mebellərlə tamamlayın.

Əşyalarınızı da geyindirin
Bir neçə ildir ki güldan, fincan və baş əşyalara toxunma qəliblər geyindirmək dəbdədir. Qəliblərə əlavə pul xərcləmək istəmirsinisə, biz sizə köhnə sviter və jaketlərinizi atmayıb bu məqsədlə istifadə etməyi təklif edirik.

Evinizi payıza hazırlayın - FOTOLAR




Evinizi payıza hazırlayın - FOTOLAR


Evinizi payıza hazırlayın - FOTOLAR


Evinizi payıza hazırlayın - FOTOLAR


Evinizi payıza hazırlayın - FOTOLAR


Evinizi payıza hazırlayın - FOTOLAR

Evinizi payıza hazırlayın - FOTOLAR

Evinizi payıza hazırlayın - FOTOLAR
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Laura
    • Laura
    • 8 Kasım 2015 03:11
    Maraqlidir en coxda ana seifede olan sekli cox beyendim )
  2. SaFFron
    Payız feslinin xüsusi rengarengliyi var deyə ancaq bu feslin ev dizaynı maraqlı gelir elə mənə.Balqabaqdan başqa diger fikirler maraqlı geldi mene.Teşekkürler
  3. AleDa
    • AleDa
    • 7 Kasım 2015 23:57
    Payız en cox sevdıyım fesıldı.. Dızaynlarıda beyendım...
  4. -Aydan-
    -Bəzilərin bəyəndim)
    -amma maraqlı dizaynlar idi..
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.