Stressi azaldan möcüzə çay

14 Kasım 2015
1 984
0
Stressi azaldan möcüzə çay
Stressi azaldan möcüzə çay


Stressi azaldan möcüzə çay


Hər gün stresslə qarşı-qarşıya qalması insanın ətrafdakılara qarşı münasibətinə təsir göstərməklə yanaşı, zehni və fiziki gücünü azalda bilir. Sağlam qidalanma mütəxəssisi Könül Atəşsaçan bildirib ki, idmanla məşğul olmaq stressi azaltmağın ən yaxşı yollarından biridir. Beləcə, ürəyə daha rahat oksigen gedir, insanın gücü və qüvvəsi artır.

Mütəxəssis bu problemdən xilas olmaq üçün çay resepti də təqdim edib. Stress və sıxıntıdan xilas edib rahatlıq gətirən həmin çay reseptini təqdim edirik.

Ərzaqlar:

1 yemək qaşığı melisa (limonotu)
1 çimdik çobanyastığı
6-7 yarpaq təzə nanəa
1 yemək qaşığı qara şəkər
1/2 limon
1 litr su


Hazırlanması:

Qaynar suda melisa (limonotu) və çobanyastığını 4-5 dəqiqə dəmləyin. İçinə şəkər əlavə edib ilıqlaşanda limonun suyunu və rəndələnmiş qabığını əlavə edin. Təzə nanə yarpağı ilə bəzəyərək süfrəyə verin.


Stressi azaldan möcüzə çay
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.