İdeal dəriyə qovuşmaq üçün 3 maska

15 Kasım 2015
1 980
1
İdeal dəriyə qovuşmaq üçün 3 maska
İdeal dəriyə qovuşmaq üçün 3 maska

İdeal dəriyə qovuşmaq üçün 3 maska

Çobanyastığı dərini sakitləşdirir və dəridəki qüsurları yox edir. Dərinin nəm balansını qoruduğu üçün ondan xüsusilə quru dəri tipinə sahib olanlar istifadə etməlidir.
Publika.az çobanyastığından hazırlanan ən effektli 3 maskanı təqdim edir:
Yulaflı çobanyastığı maskası
Bu maska ölü hüceyrələri təmizləyir və dərini yeniləyir.

Tərkibi:

Yarım stəkan yulaf
Bir çay qaşığı qabartma tozu
Bir xörək qaşığı bal
İki xörək qaşığı şəkər tozu
Stəkanın dörddə biri qədər çobanyastığı çayı (10 dəqiqə dəmlənməlidir)
Bütün məhsulları qarışdırın. Maskanı üzünüzə çəkib
5 dəqiqə gözləyin, daha sonra üzünüzü ilıq su ilə təmizləyin.
Zeytun yağlı çobanyastığı maskası
Bu maska dərini nəmləndirir, yaşlanma əlamətlərini aradan qaldırır.

Tərkibi:

Stəkanın dörddə biri qədər zeytun yağı
Yarım stəkan şəkər tozu
Bir çay qaşığı qurudulmuş çobanyastığı
Bütün məhsulları bir qaba töküb qarışdırın. Əvvəlcə üzünüzü ilıq su ilə yuyun, daha sonra maskanı çəkib 10­20 dəqiqə gözləyin. Maskanı soyuq su ilə təmizləyin.
Badam yağı və çobanyastığı
Maska dərinin rəngini açır və dəridəki qızartıları yox edir.

Tərkibi:

Bir çay qaşığı qurudulmuş çobanyastığı
Bir xörək qaşığı toz halına salınmış yulaf
İki xörək qaşığı bal
İki-üç damcı badam yağı
Məhsulların hamısını bir kasaya töküb yaxşıca qarışdırın. Maskanı təmiz dəriyə çəkib dairəvi hərəkətlərlə masaj edin. İyirmi dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə təmizləyin.


İdeal dəriyə qovuşmaq üçün 3 maska
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 19 Kasım 2015 23:56
    Mənim də dəri ilə bağlı bir az problemim var. Çalışaram aradan qaldıram sağ olun məlumata görə.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.