Bir qadını tanımaq...

07 Ocak 2016
2 325
1
Bir qadını tanımaq...
Bir qadını tanımaq...

Bir qadını tanımaq...
Bir qadını sevərək başlayar hər şey,amma, o qadını tanımağa başlamaqla həyatın dadını çıxara bilərsiniz..Həyatın ən böyük sirridir bir qadının ürəyi..Başa düşülməsi çox çətindir. Qadını tanımaq üçün çıxdığınız yol ən maraqlı,qəribə,macəralı yoldur.. Qadınların xüsusi özəllikləri var,məsələn,onlar 4 fəsli eyni anda yaşayırlar, buna görə də tez tez əhvallarını dəyişərək təəccübləndirərlər sizi...Demirəm,asandır..yox heç də elə deyil,amma dadına doyulmayan şirniyyat kimidir. Bənzəmək lazımdır bəlkə də,anlaya bilmək üçün!Qadınlar öz zəkasını xatırladan insanları sevər çünki,sevgisini göstərməkdən qorxmayan kişilər olmalıdır, sürprizlərə hazır olmalıdır. Musson yağışı kimi yağarkən,anidən səhra küləyi qədər isti və quru ola bilər bir qadın,isidər sizi..Dedim axı,bir dünyadır qadınlar..başqa bir dünya, bu dünyadaki insanlar ürəkləri ilə danışır, gözləri ilə gülür...
Mübarizə aparar,gülər,ağlayar,qışqırar,amma həmişə sevər..heç bezmədən..
Dedim axı,bir dünyadır qadınlar,qəlbləri ilə toxunan,səsləri ilə sarılan, ürəyini sevgiyə açan... indi bir düşün,neçə qadınla tanış olduğunu yox..əslində bir qadını tam tanıya bildiyini..bacarmısan?
Bir qadını tanımaq...

RƏYLƏR
  1. Princess
    Məncə bir qadını tanımaq çox zor hətta mümkünsüz bir şeydir..)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.