Pozitiv və şən olmaq üşün çox sadə qaydalar

01 Ağustos 2022
4 147
3
Pozitiv və şən olmaq üşün çox sadə qaydalar


Fikir vermisinizsə, bəzi insanlar tez ruhdan düşür. Onların dilindən "Həyat iztirabdır", "Heç nəyi dəyişmək olmaz" kimi cümlələr əskik olmur. Belə sözləri az qala hər gün eşitmək olar.

Bu yazıda oxucuları həyata nikbin baxan insanların fikirləri ilə tanış etmək qərarına gəlmişik. Onlar bu fikirləri ilə yaşamağın, siz düşündüyünüz qədər çətin olmadığını sübut edir.

100 yaşını haqlayan xoşbəxt insanların həyat qaydaları:


Təqvimə baxma: hər yeni gün elə bayram deməkdir!

Heç vaxt təslim olma! Çətin dövrlər hamıda olur, ancaq sən təslim olma! Heç zaman!

Hələ gəncsənsə, çoxlu səyahət et, hətta ən kiçik səyahət sənə böyük həyat təcrübəsi bəxş edəcək!


Daim hərəkət et. Bax, cavanlığın əsas sirri budur!

Nikbin qalın! Mənfi fikirlər bədəni zəhərləməkdən savayı bir şey etmir. Gülümsə! Çünki gülüş ən yaxşı dərmandır!

İstənilən dəyişikliklərə hazır ol! Bu, həm xoş, həm pis hadisə ola bilər. Həyat yerində saymaq deyil.

Əvvəllər imkan olmadığı üçün görə bilmədiyin işlərlə məşğul olmaq heç vaxt gec deyil.


Başqalarının işinə qarışma. Əlavə problemlər nəyinə gərəkdir?
Öz qəlbinə yenidən nəzər sal, onda dünya daha maraqlı olacaq.

Həyatda daim məqsədin olsun və onların arxasınca get!

Özünü başqaları ilə müqayisə etmə. Bu, vaxt itkisindən başqa bir şey deyil.


Hər zaman xoşbəxt olmaq vacib deyil. Ən əsası razı qalmaqdır.

Bir gün lazımsız məsələlərə həddən artıq çox vaxt sərf etdiyini başa düşəcəksən. Amma onda gec olacaq...

Həyat onu ciddi qəbul etmək üçün çox qısadır.


Bu məsləhətləri qulaqda sırğa edin. Uzunömürlü və xoşbəxt insanların həyat eşqi həmişə kömək edir! Kim bilir, bəlkə, nə vaxtsa siz də öz sirlərinizi bölüşməli olacaqsınız...
Əvvəlki Xəbər
RƏYLƏR
  1. Realist
    winked Ben zaten pozitifim )))Tewekkurler Nuruwum ...
  2. royus
    • royus
    • 6 Şubat 2016 12:20
    super xeberdir tesekkurler
  3. allah bendesi
    ne yaxşi xeberdir..cox beyendim...elleriniz var olsun..lazimli meslehetler
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.