Daha saatlar çəkilməyəcək, yay vaxtına keçid ləğv olundu

17 Mart 2016
1 681
2
Daha saatlar çəkilməyəcək, yay vaxtına keçid ləğv olundu
Daha saatlar çəkilməyəcək, yay vaxtına keçid ləğv olundu

Daha saatlar çəkilməyəcək.

Azərbaycanda yay vaxtına keçid ləğv edildi. Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı qərarına əsasən, carı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunur.
Ölkəmizdə yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib.
Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilirdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Princess
    xəbərim varıydı,mənimçün pis oldu 17
  2. allah bendesi
    aaa ecebdiye tehsilcun gunde bir qerar cixarirdilar hele bashqalarin demirem birce saat qalmishdi onuda axirki deye deye etdiler..da sozum yoxdu bunlara.....teshekkur paylashim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.