Gülüşlərin mənası

16 Nisan 2016
2 099
1
 Gülüşlərin mənası
 Gülüşlərin mənası

Fizioqnomika elminin baniləri hesab edirlər ki, insanları onlarla söhbət etmədən və ya hərəkətlərinə nəzər salmadan tanımaq da mümkündür. Hər birimiz üz cizgilərimizlə, addımlarımızla, əl quruluşumuzla gizli saxlamağa çalışdığımız xüsusiyyətimizi büruzə veririk. Elə gülüşümüzlə də...


Gülüşlərin mənasını təqdim edirik:

1.Gülərkən dodaqlarınız bir-birinə dəyir:


Bu o deməkdir ki, siz xüsusi istedada sahibsiz. Və siz bu qabiliyyətinizdən hər zaman hər yerdə istifadə edirsiniz. Diqqət mərkəzində olmağı xoşlayırsınız. Belə qadınlar çox cazibədar olurlar.

2.Gülərkən əlinizlə ağzınızı örtürsünüz:

Siz özünüzdən çox narazısınız. Hər zaman arxa planda qalmağı, gizlənməyi, insanların sizin haqqınızda danışmamasını, sizi tanımamasını istəyirsiniz. Məsləhət görülür ki, kimsə sizi tənqid etməyə çalışanda, əyilməyin.

3.Gülərkən başınızı tez-tez tərpədirsiniz:

Siz hər şeyə tez inanan, sadəlövh, xoşxasiyyətli insansınız. Gözlənilməz hərəkətlər etməyi çox sevirsiniz. Hamıya tez inandığınız üçün həmişə yanılırsınız. Özünüzə yaxın bildiyiniz insanların xəyanəti ilə tez-tez qarşılaşırsınız.

4.Gülərkən əlinizlə üzünüzə və saçlarınıza toxunursunuz:

Hədsiz dərəcədə xəyalpərəst birisiniz. Bu, o qədər də pis deyil. Ancaq bir az da həqiqətləri, problemləri olduğu kimi qəbul etməyi öyrənsəniz daha yaxşı olar. Bu qədər xəyalpərəstlik sizi şizofreniya olmağa gətirib çıxarar.

5.Gülərkən burnunuzu qırışdırırsınız:

Qərarsızsınız. Fikirlərinizi tez-tez dəyişirsiniz. Bir işlə bağlı qərar verərkən qarşınızdakı insanı hövsələdən çıxarırsınız. Çox kaprizlisiniz. Dəyişkən əhvalınıza tez təslim olursunuz. Bu da ətrafınızdakı insanlarla olan münasibətinizə və verəcəyiniz qərarlara pis təsir edir.

6.Gülərkən ağzınızı açır və səsinizi yüksəldirsiniz:

Siz dinamik və ehtiraslısınız. Təmkinli, mülayimsiniz. Danışmağı gözəl bacardığınız kimi qarşınızdakını da sakitcə dinləməyi bacarırsınız.

7.Başınızı aşağı əyib, sakitcə gülürsünüz:

Siz ürəyiyumşaq, məsləhətçil, bacarıqlısınız. İnsanlarla ünsiyyət qurmağı, onlara yol göstərməyi xoşlayırsınız. Bütün addımlarınızı düşünərək atırsınız. Heç kimin xətrinə dəyməz, insanları incitməzsiniz.

8.Gülərkən çənənizi tərpətmirsiniz:

Hansı yaşda olursunuz olun, siz gəncliyinizi qoruyub saxlayacaqsınız. Tez-tez düşünmədən hərəkət edir və yanılırsınız. Buna görə də həmişə həyatdan narazısınız.

9.Gülərkən özünüzü sıxırsınız:

Bu, sizin özündənrazı olduğunuzu, insanlara yuxarıdan aşağı baxdığınızı göstərir. Çox işgüzar və tələbkarsınız. Bu xüsusiyyətiniz insanları bezdirir və hamının sizdən uzaqlaşmasına səbəb olur.

10. Gülərkən özünüzə sərhəd tanımırsınız:

Heç kimin fikirlərinə əhəmiyyət vermirsiniz. Hər zaman idarəedici olmağı istəyirsiniz. İnsanlara əmr vermək, onlarla sərt danışmaq sizin hobbinizdir. Siz çox zülümkar müdir ola bilərsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ilk defedir gulushlerin menasi oldugunu oxuyuram:))men gulerken bashimi ashagi saliram bacardigim qeder sessiz gulmeye calishiram:)teshekkurler ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.