Sevgi şeirləri 8 ve 9
Sevirəm ilk eşqim sevirəm səni
Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.
Səni sevdiyimi de necə danım,
Sevirəm ilk eşqim sevirəm səni.
Səni sevmək üçün yaranmışam mən,
Səni hər dəqiqə bil anmışam mən.
Dünyaya cahana səs salmışam mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Unutsan sən məni gor qazaram mən,
Əgər çıxıb getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salıb dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.
Çatsa da sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana.
Ayrılan zamanı deyəcəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.
Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə çox xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilk eşqim sevirəm səni.
Sevgilim sevirəm səni
Gözəlim ürəkdən sevirəm səni
Amandır incitmə, incitmə məni
Nə olar sındırma sevən qəlbimi
Dərdindən olmuşam dəli-divanə
Sevgilim gəl mənə olma biganə.
Sevgilim sənsiz bu həyat haramdır mənə
Gözəl gülüşün bəs edər səni sevənə
Heyranam gözlərinə qurbanam sənə
Sən bir şamsan mənsə pərvanə
Sevirəm gəl olma mənə biganə.
Eşqinin əsiriyəm gülüm, yanır ürəyim
Gəl söndür odumu gəl ol gərəyim
Sənsiz haramdır duzum çörəyim
Bu sevən qəlbim belə qurbandır sənə
Sevgilim gəl mənə olma biganə
Sevirəm gəl olma mənə biganə