Mənim də ürəyim ətdəndir axı (qırxı cıxdıe xeberımın:D)

14 Ekim 2014
3 987
0
Mənim də ürəyim ətdəndir axı (qırxı cıxdıe xeberımın:D)
Mənim də ürəyim ətdəndir axı (qırxı cıxdıe xeberımın:D)

Mənim də ürəyim ətdəndir axı (qırxı cıxdıe xeberımın:D)
Əlini yaxamdan çəkəsən bəlkə...?!
Mənim də ürəyim ətdəndir axı...!
Daşı ətəyindən tökəsən bəlkə...?!
Mənim də ürəyim ətdəndir axı...!

Layiq olmadığım söz atma mənə,
Yalanla boyanmış "düz"atma mənə,
Daha əllərini uzatma mənə,
Mənim də ürəyim ətdəndir axı...!

Kimsədən nə artıq,nə kəm deyiləm,
Mən palıd deyiləm,cökəm deyiləm,
Sandığın qədər də möhkəm deyiləm,
Mənim də ürəyim ətdəndir axı...!

Titrəyə. bilərəm , əsə bilərəm,
Salamı , kəlamı kəsə bilərəm,
Inciyə bilərəm , küsə bilərəm,
Mənim də ürəyim ətdəndir axı...!

Zamansız saralıb solsan, dözərsən?
Bulud tək boşalıb dolsan, dözərsən?
Sən mənim yerimə olsan, dözərsən?
Mənim də ürəyim ətdəndir axı...!


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.